Pavol Nedo (y.sorb Pawoł Nedo; 1 noyabr 1908[1][2][…] – 24 may 1984[1][2][…], Leypsiq) — sorb müəllimi, professor, etnoqraf və ictimai xadim. "Domovina" mədəni və ictimai cəmiyyətinin sədri (1933-1950).
Pavol Nedo | |
---|---|
y.sorb Pawoł Nedo | |
| |
Doğum tarixi | 1 noyabr 1908[1][2][…] |
Doğum yeri | Kotitz, Bautzen, Saksoniya (krallıq), Almaniya |
Vəfat tarixi | 24 may 1984[1][2][…] (75 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | pedaqoq, etnoloq, universitet müəllimi[d], yazıçı, müəllim |
Partiyası | |
Üzvlüyü |
|
1 noyabr 1908-ci ildə Veissenberg şəhəri yaxınlığındakı Kotetsy sorb kəndində anadan olub. İbtidai məktəbi bitirdikdən sonra 1928-ci ildə Bautzendəki orta məktəbdə oxuyub. Sonra 1932-ci ilə qədər Leypsiq Universitetində oxumuş, burada etnologiya, pedaqogika və alman filologiyası üzrə təhsil almışdır. Yalnız burada, kollecdəki sorb dostlarının əhatəsində o, sorb dilini, ədəbiyyatını və folklorunu dərindən öyrənməyə başlayır. Burada o, həm də Sorb Tələbələri Assosiasiyasının üzvü və daha sonra sədri olur. Nasist rejimi hakimiyyətə gəldikdən sonra yerli hakimiyyət orqanları tərəfindən “Vendiya mədəniyyəti üzrə texniki məsləhətçi” vəzifəsinə təyin edilib. Domovina üzvlərinin 27 dekabr 1933-cü ildə keçirilən qurultayında o, nasist rejimini dəstəkləməyə çağırırdı.[3] Həmin qurultayda o, yekdilliklə sorb Domovina ictimai təşkilatının sədri seçildi. 1932-1934-cü illərdə Bautzendəki Sorb Evində yerləşən Sorb muzeyinin direktoru idi. 1937-ci ildə Milli Sosialist Müəllimlər İttifaqına üzvü olub. Öz fəaliyyətində, qeydiyyatdan keçmiş bir sorb təşkilatının nümayəndəsi kimi, o, sorbların dövlət təzyiqini azaltmaq üçün nasist hakimiyyəti ilə danışıqlar aparmağa çalışdı. Domovina nizamnaməsinə "Vendlər almanca danışmalıdır" düzəlişindən imtina etdikdən sonra təşkilat 18 mart 1937-ci ildə qadağan edildi. Daha sonra müəllimliyi tərk edərək Berlinə köçür və orada Polşa bankında işləməyə başlayır. Onun Polşa məxfi xidməti ilə əlaqə olub və buna görədə həbs olunub. 1939-cu ilin noyabrında azadlığa buraxılır və mülk katibi olaraq dolanışığını təmin edib. 1944-cü il noyabrın sonunda yenidən həbs edilir və İkinci Dünya Müharibəsinin sonuna qədər həbsdə olur. 1946-cı ildə Sorb Pedaqoji İnstitutunun yaradılmasının təşəbbüskarlarından biri olmuşdur.[4] 1948-ci il oktyabrın 14-də onun təşəbbüsü ilə sorb dillərində ilk radio verilişlərinin əsası qoyulub. 1959-cu ildə Leypsiq Universitetində professor olur və burada sorb etnoqrafiyasını öyrənir. 1964-cü ildə Berlindəki Humboldt Universitetində etnoqrafiya və folklor professoru təyin edilir. Pavol Nedo həmçinin Etnologiya və Alman Folkloru İnstitutunun direktoru olub. 1953-1968-ci illərdə ADR Elmlər Akademiyasının Etnoqrafiya şöbəsinin sədri olub. 1968-ci ildə səhhətinə görə təqaüdə çıxır və bundan sonra o, uzun illər mədəniyyət nəzəriyyəsində fəallığını davam etdirir. O, özünü ilk növbədə ənənəvi geyimlərin və folklorun tədqiqinə həsr etmişdir. Pavol Nedo 24 may 1984-cü ildə Leypsiqdə vəfat etmişdir.