Vitaminlər

B qrupu vitaminləri ehtiva edən tabletlər.

Vitaminlər canlı orqanizmin həyati fəaliyyətini davam etdirə bilməsi üçün cüzi miqdarda tələb olunan üzvi maddələr qrupudur. Vitamin anlayışı cüzi miqdarda tələb olunan digər mikroqidaları, yəni mineral duzlar, əvəzolunmaz yağ turşuları və əvəzolunmaz aminturşular əhatə etmir.[1]

Maddələr mübadiləsinin tənzimində çox cüzi miqdarda vitaminlər lazımdır. Vitaminlərin əsas mənbəyi bitki mənşəli qidalardır. Lakin onlar, həmçinin balıq və ət məhsullarında, süddə, yumurtada da vardır. Müxtəlif kimyəvi tərkibə malik olmalarına baxmayaraq onların bir ümumi xüsusiyyəti vardır ki, bu da yalnız bitkilər tərəfindən sintez olunmalarıdır. Vitaminləri latın hərfləri ilə işarə etmək qəbul edilmişdir.[mənbə göstərin]

Qidanın tərkibində vitaminlər olmadıqda orqanizmin funksiyası pozulur və müəyyən xəstəliklərə, avitaminoz (sinqa, raxit, qanaxma, boyartmanın ləngiməsi) səbəb olur. Bəzi vitaminlər işığın, temperaturun və oksigenin təsirindən dağıldığından qəbul olunmuş belə qidada vitaminlər çatışmır və orqanizm vitamin çatışmazlığından əziyyət çəkir.[mənbə göstərin]

Vitaminlər iki qrupa bölünür: suda həll olan (C vitamini və B qrupu vitaminlər) və yağda həll olan (A, D, E, K) vitaminləri.

Askorbin turşusu və ya vitamin C kristalları.

C vitamini və ya askorbin turşusu vitaminlərin ən geniş yayılmış forması olub, orqanizmin maddələr mübadiləsinin bir çox kimyəvi proseslərində iştirak edir. Askorbin turşusu oksidləşmə-reduksiya reaksiyalarında, amin turşularının mübadiləsində iştirak edir. O hormonların sintezində, sümük və qığırdaq toxumasının əmələ gəlməsində, yaraların sağalmasında zəruri maddədir. Askorbin turşusu qan yaranmasına təsir göstərir, zəhərlənmədən xilas olmaqda orqanizmə kömək edir. C vitamini bir çox bitkilərin tərkibində daha çox olur: itburnu, kələm, çiyələk, firəng üzümü, turp, bibər, pomidor, yaşıl soğan, yaşıl noxud, portağal, limon, mandarin, alma, moruq və.s. həmçinin dalaq, qaraciyər, böyrəklərdə, beyində, at südündə C vitamini olur.

Avitaminoz zamanı sinqa xəstəliyi əmələ gəlir. Sinqa zamanı nəfəs təngimə, fiziki zəiflik, tez yorğunluq, əsəbilik, yuxulama kimi hallar baş verir. Qan damarları kövrək olur və dəridə qanaxma başlayır, dişlərin dibi qanayır və tədricən tökülür. Xəstəlik, hətta, ölümlə nəticələnə bilir. Sinqa xəstəliyi C vitamini qəbul etməklə tezliklə müalicə olunur.

Gündəlik tələbat 50–78 mq-dır. Yaşlı adamın isə C vitamininə gündəlik təlabatı: yüngül işdə 75–100 mq, ağır işdə 200–300 mq-dır. Bəzən C vitamininə "müqavimət vitamini" də adlandırırlar. O, böyrəküstü vəzin qabıq maddəsinin hormonlarının hidroksilləşməsində, hemoqlobinin aktivliyinin artmasında, bir çox zəruri maddələrin yaranmasında iştirak edir. Hipovitaminoz zamanı dişlərin tökülməsi, sümüklərin kövrəkləşməsi ilə müşahidə olunan skorbut və ya sinqa xəstəliyi baş verir.

B vitamini qrupu

[redaktə | mənbəni redaktə et]

B qrupu vitaminlərinə çoxlu vitaminlər (B1, B2, B6, B12) daxildir. Onlar bitkiheyvan mənşəli bir çox məhsulların tərkibində olur. Maddələr mübadiləsinin bir sıra proseslərinə təsir göstərir. O, orqanizmdə sinir fəaliyyətinin normallığı üçün zəruridir. B qrupu vitaminləri süd və süd məhsullarında, ətdə, qaraciyərdə, çörəkdə, yerkökündə, almada, kələmdə, ispanaqda və s.daha çox olur

Tiamin, aneyrin, antinevrit vitamini. 1912-ci ildə K.Funk tərəfindən tapılmışdır. Tərkibi iki komponentdən – pirimidin nüvəsi ilə rabitəli olan 2-metil-5-hidroksimetil-6 aminopirimidindən və tiazol qalığından ibarətdir. Ona sutkalıq tələbat 3–4 mq-dır.

Yalnız bitkilər və mikroorqanizmlər onu sintez edir. Maddələr mübadiləsinin bir sıra proseslərinə təsir göstərir. O, orqanizmdə sinir fəaliyyətinin normallığı üçün zəruridir. Orqanizimdə bu vitamin olmadıqda ağır avitaminoz beri-beri (yuxusuzluq) xəstəliyi yaranır. Su-duz mübadiləsi, həzm, sinir sistemi, həmçinin ürəyin işi pozulur. Ətraflarda atrofiyalar yaranır. B1 vitamini almamış adamlarda 1–3 aydan sonra yüngül yorğunluq, arıqlama baş verir. B1 vitamini ən çox pivə mayasında, noxudda, buğdanın rüşeymində, arpada, paxlada, düyü və vələmir yarmasında, qaraciyərdə, ürəkdə, beyində, əzələlərdə, yumurta sarısında olur. Tərkibində həm kükürd, həm də amin qrupu olduğu üçün tiamin də adlanır. Aşağıdakı qrupları mövcuddur.

Riboflavin, laktoflavin vitamini. Flavinlər qrupundan olan bu maddə sarı rəngli kristallik maddədir. Tərkibi iki komponentdən – izoalloksazinin metilləşmiş törəməsindən və onunla birləşmiş ribitol spirtindən ibarətdir. Gündəlik tələbat 2–4 mq-dır. Tərəvəzlərdə, süddə, yumurta sarısında, balıqda, qaraciyərdə, böyrəkdə olur. B2 vitamini ürək-damar sisteminin, tənəffüs və endokrin sisteminin fəaliyyətinə, sinir sisteminin işinə müsbət təsir göstərir. B2 avitaminozu zamanı ağız və gözün selikli qişası zədələnir, tüklər tökülür, ağız bucağında və dodaqlarda çatlar əmələ gəlir, qaraciyər zədələnir və s. B2 vitamini hemoqlobinin sintezində iştirak etdiyi üçün, onun çatışmazlığı nəticəsində anemiya xəstəliyi də törəyə bilər.

pantoten turşusu, antidermatid amili. Onun molekulu bir-birilə peptid rabitəsi ilə birləşmiş β-alanindən və α, γ–dihidroksi–β, β1–dimetil-yağ turşusundan ibarətdir. Gündəlik tələbat 10 mq-a bərabərdir. Zülalların biosintezində, qlükozanın mənimsənilməsində, üzvlərin fəaliyyətində mühüm rol oynayır. Onun təsirindən amin tutşuların və karbonihidratların qana sorulması sürətlənir. Bağırsaqların divarlarının dalğavari yığılması güclənir. O, asetilləşmə reaksiyalarında Koferment kimi iştirak edən koenzim A-nın tərkibinə daxildir. B3 vitamininin avitaminozu nəticəsində heyvanlarda boy artımı ləngiyir, qanda xolesterinin miqdarı azalır, yağ mübadiləsi pozulur, qaraciyərdə və böyrəklərdə degenerasiya baş verir və s.

Pantotenik turşusu vitamini. Təbiətdə bol miqdarda olduğu üçün B5 vitamini çatışmazlığına rast gəlinmir. Ayrıca bağırsaqlarda da bir miqdar B5 vitamini edilməkdədir. B5 vitamini əskikliyi qan şəkərində düşməyə, əllərdə titrəməyə səbəb ola bilər. Qaraciyər, ət, toyuq, yumurta və tərəvəzlər ən əhəmiyyətli qaynaqlarıdır.

Piridoksin, adermin, antidermatid vitamin. Piridin törəmələridir. Ağ kristallik maddədir. Gündəlik tələbat 2–3 mq-dır. Düyü kəpəyi, buğda, paxla, mayalar, qaraciyər, böyrək, əzələlər, beyin, yumurta sarısı B6 vitamini ilə zəngindir. B6 vitamini porfirinlərin sintezində, yağların nəqlində və mübadiləsində, hemoqlobin yaranmasında mühüm rol oynayır. Onun avitaminozu zamanı tüklər tökülür. Barmaqların qanqrenası baş verir, dermatit yaranır, qıcolmalar və sinir poğunluqları baş verir.

Fol turşusu vitamini. Qırmızı qan hüceyrələri və sinir toxumalarının meydana gəlməsində aktiv rol oynayır. Hüceyrə bölünməsi üçün lazımdır. B11 vitamini çatışmazlığı nəticəsində iştahasızlıq, kilo itkisi, ürək bulanma, qusma, ishal, baş ağrıları, unutqanlıq kimi bəzi ürək problemləri meydana gələ bilər. Qaraciyər, böyrək, ət, isbanaq, kahı, yumurta, çörək, portağal və banan ən əhəmiyyətli qaynaqlarıdır.

Siankobalamin, antianemin vitamini. Tünd qırmızı rəngli kristallik maddədir. Tərkibində kobalt (4.5%) və sian qrupu olduğu üçün siankobalamin adlanır. Gündəlik tələbat 1–3 mkq- dır. Süddə, yumurta sarısında, pendirdə, balıqda, böyrəkdə, ətdə xüsusən qaraciyərdə B12 vitamini çox olur. Daha çox istifadə edilir. Bu vitamin orqanizmə çox zəruri olan nuklein turşuları sintezində və zülalların istifadə olunmasında iştirak edir. Orqanizmdə çatışmazlığı qanazlığına səbəb olur.

A vitamini (retinol)

Retinol, yaxud antikseroftalmik vitamin. A vitamini bir sıra biokimyəvi proseslərdə iştirak edir. Tərkibi biratomlu doymamış tsiklik spirtdən ibarətdir, açıq sarı rəngli kristallik maddədir. Sutkalıq tələbat 1–2.5 mq-a bərabərdir. ən çox gözün görmə qabiliyyətinə təsir göstərir. Onun çatışmazlığı toyuq korluğu xəstəliyi, spermatogenezin pozğunluğu, dərinin buynuz təbəqəsinin və selikli qişaların zədələnməsi və quruması, arıqlama kimi mənfi hallara səbəb olur. A vitamini, həmçinin orqanizmdə normal boy atma üçün zəruridir. Lakin çoxlu A vitaminin qəbulu da zərərli təsir göstərir. ən çox qaraciyər, balıq yağı, kərə yağı, yer kökü, pomidor, qırmızı istiot, yonca və qozda olur. A vitamini ətdə və süd məhsullarında olduğu kimi A provitamini bitki mənşəli qidalarda olur. Bütün meyvə və tərəvəzlərdə (qırmızı, sarı, yaşıl və narıncı rəngli) karotin tapa bilərik ki, qida həzmi aparatında A vitamininə çevrilə bilər. Əhəmiyyətlidir ! Karotin güclü antioksidantdır, xərçəngin yaranmasında böyük rol oynayan sərbəst radikalların kənarlaşdırılmasına səbəb olur. Karotin dərini və əzələləri qoruyur, ağız boşluğu, mədə, yoğun bağırsaq və uşaqlıq boynu xərçənginin qarşısını alır. Təklif olunur ki, gündə 800–1000 mkq A vitamini (retinol) istifadə edilsin. A vitamini artıqlığı (25 000 ME-dən çox) əlavə formasında qəbul edildikdə ağciyər xərçənginə səbəb ola bilər, xüsusən də siqaret çəkənlərdə. Karotin (A provitamini) mənbələri. Kök, ispanaq, cəfəri, qırmızı bibər, kələm, boranı, yemiş, ərik, pomidor, şaftalı, qarpız, naringi, portağal, gilas, manqold (çuğundur növü), brokkoli, vəzəri. A vitamininin miqdarı (mkq/100q): Turşəngdə-2100; kökdə-2000; cəfəridə-1160; ispanaqda-1000; şirin kartofda-670; mavi balıqda-450; pendirdə-240; tərəvəzlərdə-130. Karotinin miqdarı (mkq/100q): Kökdə-8; ispanaqda, cəfəridə-4, şirin kartofda-4; qırmızı bibərdə-3,5; kələmdə-3; boranıda-2,5; turşəngdə-2, yemişdə-1,8; ərikdə-1,6; brokkollidə-0,9; pomidorda-0,6.

Tokoferol, yaxud nəslitörətmə vitamini. "E" vitamini hormonların, xüsusən cinsiyyət hormonu sintezini gücləndirərək insan və heyvanın balavermə qabiliyyətini artırır, yaraların sağalmasını təmin edir. Bu vitamin ən çox pambıq yağı, kətan yağı, dana əti və kərə yağında, noxud, qaraciyər, süd və yumurta sarısında olur. Gündəlik tələbat 25–30 mq-dır. 1936-cı ildə Evans tərəfindən tapılmışdır. Hipovitaminoz zamanı nəslitörətmə qabiliyyətinin pozulması, əzələ zəifliyi, iflic və.s müşahidə olunur.

H vitamini (Biotin)

E vitamini antioksidant olub çox əhəmiyyətli funksiyanı yerinə yetirir – sərbəst radikalları tutur. O, hüceyrə membranlarını qoruyur (sərbəst radikallardan xilas edərək). Qan dövranını və "yaxşı xolesterin" əmələ gəlməsini aktivləşdirir. İmmun sistemini stimullaşdırır. Selen ilə birlikdə süd vəzi xərçənginin qarşısını alır. Qidalarda E vitamininin miqdarı (mkq/100 q): Buğda cücərtisinin yağı – 135; Günəbaxan yağı – 50; Kətan – 50; Qarğıdalı yağı – 40; Fındıq –26; Badam – 25; Zeytun yağı – 12; Araxis – 8; Tunes (iri yırtıcı balıq) yağı – 6,3; Püstə – 5,2; Qoz – 4; Avokado – 3,2; Pomidor – 1,2 Əhəmiyyətlidir! Sağlam E vitamini mənbələri: buğda rüşeymləri, rafinə olunmamış günəbaxan və zeytun yağları, badam, qoz, Braziliya kokosu, şüyüt, şirin kartof, noxud, küncüt, fındıq, cəfəri, qurudulmuş qara gavalı, avokado, pomidor və s. Əlavə şəklində yüksək dozalarda E vitamini qəbulu prostat xərçəngi riski ilə əlaqədardır. Onun qidada istifadəsini məhdudlaşdırmaq lazımdır.

H vitamini

Antiseboreya vitamini və ya biotin vitamini. Hipovitaminoz nəticəsində dermatit, sinir pozğunluqları, ürəkbulanma, yorğunluq və s. baş verir. Gündəlik tələbat 150–200 mkq-dır. Qaraciyər, yumurta sarısı, kartof, soğan, süd və s.-də biotin çoxdur.

Filloxinon, yaxud antihemorragik vitamini. 1929-cu ildə Dam tərəfindən tapılmışdır.

İki vitamin bu aktivliyə malikdir: qarayoncadan alınmış K1 və çürüyən balıq unundan hazırlanmış — K2. birinci vitamin ikinciyə nisbətən iki dəfə artıq bioloji aktivliyə malikdir. Menaxinonin törəmələridir. İnsanın bağırsağında yaşayan bağırsaq çöpləri bakteriyaları sintez etdiyi üçün avitaminozu olmur. Hipovitaminoz zamanı isə bağırsaqda, beyində, əzələlərdə, dərialtı piy qatında qansızmalar olur.

K vitamini və onun sintetik əvəzedicisi olan vikasoldan avitaminozun və protrambinin çatışmazlığından irəli gələn daxili qansızmaların qarşısını almaq üçün istifadə olunur. Yaşıl yarpaqlar, qaraciyər — K vitamini ilə zəngindirlər.

500 mɡ Kalsium tableti, vitamin D

Kalsiferol, yaxud antiraxit vitamini-yağlarda həll olur. Tərkibi doymamış tsiklik spirtdən ibarətdir 1919-cu ildə polyak alimi Quldçinski bu vitaminin tərkibinin kristalik maddədən ibarət olmasını aşkar etmişdir. D vitaminin çatışmazlığı uşaqlarda raxit xəstəliyinə səbəb olur. Bu zaman uşaq gec boy atır, skelet düzgün formalaşmır, yəni orqanizmdə fosfor və kalsium duzları mübadiləsi pozulduğundan sümüklərin tərkibində duzlar çatışmır. Belə uşaqların qıçları əyri olur, başı çox boyüyür, döş qəfəsi düzgün inkişaf etmir, qarın normadan çox böyüyür. Həmin uşaqlar zəif olduqlarından digər xəstəliklərə də tez tutulur. Bu vitaminin orqanizmdə çoxluğu da qorxuludur. Belə ki, bu zaman müxtəlif orqanlarda çoxlu kalsium toplanır.

D vitamini balıq yağında, qaraciyərdə, toyuq yumurtasının sarısında, süd, kərə yağında daha çox olur. Günəş şüasının təsiri altında da uşaqların orqanizmində D vitaminin əmələ gəlməsi güclənir. Gündəlik tələbat 13–15 mikroqram və bir qədər artıqdır. O, orqanizmdə kalsium və fosfor mübadiləsinə, onların bağırsaq divarlarından sorulmasına, bioloji oksidləşmə proseslərinə, limon turşusunun mübadiləsinə təsir edir. Hipovitaminozu nəticəsində orqanizmdə mineral maddələrin mübadiləsi pozulur, sümük əyilmələrinə səbəb olan raxit xəstəliyi baş verir. D vitamini dəri altında günəşin təsiri ilə əmələ gəlir: dəridə olan 7-dehidroxolesterol və ultrabənövşəyi şüalar D3vitaminini və ya xolekalsiferolu əmələ gətirir. Bu vitamin həmçinin qidada olan D2 vitaminindən və ya erqokalsiferoldan günəş şüasının köməyi olmadan da alına bilər. D vitamini çatışmazlığı yaşlılarda osteoporoz və uşaqlarda raxit yaradır. Orqanizm bu vitamini əsasən günəş vannaları qəbul edərkən alır. Lazımdır ki, hər gün minimum günəş altında olmaq lazımdır ki, kifayət miqdarda (8000–10 000) D vitamini əmələ gəlsin. Günəş yandırmayanda gün vannası qəbul etmək olar: səhər erkən və ya günün axırında. Eskimoslar gün vannası qəbul edə bilmirlər, onlar bu vitamini balıq yağından alırlar. Biz D vitamininin 90%-ni günəşdən, 10%-ni isə qidadan alırıq. Xərçəngdən əziyyət çəkənlərdə D3 vitamini adətən çalışmır. D3 vitamininin xassələri. 1) Xərçəng hüceyrələrinə makrofaqların təsirini artıraraq immun sistemini gücləndirir. 2) Sağlam toxumaların xəstə toxumalara çevrilməsinin qarşısını alaraq xərçəng əmələ gəlmənin qarşısını alır. Xərçəng əleyhinə effektinə görə iltihab əleyhinə və antiproliferativ xassələrinə borcludur. 3) Başlanğıc mərhələdə xərçəngdən azad olmağa kömək edir. 4) Orqanizmdən qurğuşunu xaric edir. 5) Maddələr mübadiləsində və kalsiumun mənimsənilməsində iştirak edir. Sümükləri və dişləri möhkəmlədir. Sümük sınmalarının və kariesin qarşısını alır. 6) Əsəb sistemini normal vəziyyətdə saxlayır, ürək-damar xəstəliklərinin qarşısını alır. 7) Hormon əmələ gəlməni, emosiyaları, yuxunu, əhvali-ruhiyəni tənzimləyir. Əlavələr faydalı ola bilər, xüsusən də qışda və günəş işığı almayan xərçəng xəstələri üçün də. Əgər bütün bunlar belədirsə, günəşli günlər az olan regionların əhalisi arasında xərçəng halları çox olmalıdır. Belə də var: günəşli günlər az olan ölkələrdə prostat, süd vəzi, yoğun bağırsaq, yumurtalıq, qida borusu, mədə mədəaltı vəz xərçəngi halları daha çoxdur. Əhəmiyyətlidir! Heyvan zülallarına malik qidalar D vitaminin göstəricisinin azalmasına səbəb olur. Biz ət və ya ət məhsulları istifadə etdikdə qanda turş mühit yaranır ki, bu da D vitamininin əmələ gəlməsini bloklaşdırır. Əksər xərçəng növləri günəşdən əks asılılığa tabedir: çox günəş – az xərçəng. Yalnız dəri xərçəngi günəşdən düz asılılıqdadır. Dəri xərçənginin qarşısını almaq üçün günəş şüalarının birbaşa təsirindən qaçın, amma günəş şüası olmadıqda digər orqanların xərçəng riski artır. Bu dilemmanı həll etmək və xərçəngin qarşısını almaq üçün D vitamini əlavələrinin istifadəsi üzrə tədqiqatlar aparılır – dermatoloq Jan Tanın rəhbərliyi altında aparılan işlər göstərib ki, D vitamin əlavəsi melanomaya meyilli insanlarda melanoma riskini 57% azaldır. Yumurtalıq xərçəngindən ölüm halları günəşli günləri az olan ölkələrdə günəşli günləri çox olan ölkələrə nəzərən çoxdur. Əgər xərçəng qışda və ya payızda yox, yazda aşkar olunubsa sağ qalmaq imkanı böyükdür. Qışda D vitamininin bizim günəşdən aldığımız miqdarı 10–100% azalır (bizim yaşadığımız enlikdən asılı olaraq). Təsdiq olunub ki, diaqnoz qoyulan anda D vitamininin xərçəng xəstələrinin qanında miqdarı çatışmayan olur. Əgər biz bu vitamini günəş işığından alırıqsa, onda hər gün günəş vannası qəbul etmək kifayətdir və bizdə D vitamini göstəricisi əla olacaq. İspaniyada kifayət qədər günəş var, bizə günəş altında cəmi 20 dəqiqə durmaq yetərlidir, onda nə üçün onkoloji xəstələr bu vitaminin çatışmazlığından əziyyət çəkir? İldə günəşli günlərin sayı çox olan ölkədə yaşayanlar D vitamini çatışmazlığından əziyyət çəkir, bundan əlavə, əhalidə vitamin çatışmazlığı kifayət qədər tez-tez rast gəlinir. Paradoksaldır, şimal ölkələrinin əhalisində D vitamini çatışmazlığı ispanlarda olduğundan azdır. Bu fakt görünür onunla əlaqəlidir ki, şimalda mavi balıqları İspaniyada olduğundan çox istifadə edirlər, qışda isə əlavələr qəbul edirlər. Aralıq dənizi ölkələrində gənclərin 40%-ində və yaşlı adamların 57%-ində D vitamini çatışmazlığı müşahidə olunur. Onkoloji xəstələrə kalsium və D vitamini qəbulu lazımdırmı? D vitamini kalsium metobolizmini tənzimləyir, başqa sözlə, nə qədər kalsiumu sümük toxumasına göndərməyi və nə qədəri orqanizmdən çıxarmağı tənzimləyir. Əgər qida və ya əlavə ilə orqanizmə daxil olan kalsium həddən çoxdursa, D vitamini aktivliyini itirir. D vitamini əlavəsi xərçəng xəstələri üçün faydalı ola bilər, amma xərçəngin qarşısını almaq və müalicə etmək üçün effektiv dozalar hələ aşkar olunmayıb. Gündə 1000 ME istifadəsi xərçəng yaranma riskini xeyli azalda bilər. Amma bu əlavələrin nəticə verən olması üçün ət və süd məhsulları qəbulundan imtina etmək lazımdır, əks halda günəş şüasından və əlavələrdən alınan D vitamini öz funksiyasını adekvat yerinə yetirə bilmir. Bizə nə qədər D vitamini lazımdır Hesab edirəm ki, bizə gündə 1000–2000 ME vitamini lazımdır. Onkoloji xəstələrdə bu, gündə 1500 ME-ə çata bilər. Kanadanın xərçəng əleyhinə assosiasiyası təklif edir ki, xəstələr payızda və qışda 1000 ME D vitamini qəbul etsinlər, yaşlı adamlar və xəstəlik səbəbindən günəş çatışmazlığından əziyyət çəkənlər üçün bu dozanı il boyu qəbul etmək təklif olunur. Bu vitamin artıqlığı giperkalsiuziya yarada bilər, amma bu hal 2400 ME-dən artıq dozalarda yaranır. D vitamininin yaxşı dozasını necə almaq olar ? Hər gün günəş vannası qəbul etmək, amma yandıran gün altında yox. Biz hər gün 20 dəqiqə gün altında olmalıyıq, amma səhər 8–11 arasında və ya saat 18–20 arasında. Əgər biz günəşə qarşı krem istifadə etsək ki, dərini xərçəngdən qoruyaq, ən yaxşısı mineral müdafiəni seçməkdir. Kimyəvi kremlər dəriyə hopur və orqanizmə ziyan vurur. Hamını çağırıram ki, səhər və ya axşam gün vannası qəbul etsinlər. Ximoterapiya və şüa terapiyası bizim hərəkət etmək istəyimizi azaltsa da gündə olmaq çox əhəmiyyətlidir. Günəş bizə istilik və D vitamini verir ki, bu vitamin də xərçəng ilə mübarizədə bizə kömək edir, əhvali-ruhiyyəni yüksəldir, yuxunu yaxşılaşdırır. Bizdə D vitamin çatışmazlığı olduğunu necə bilək ?Qanda 25–hidroksivitamin D analizi etmək lazımdır. Bu, orqanizmdə D-nin səviyyəsini müəyyən etməyə imkan verir. Normal səviyyə 30-dan 74 nq/ml-ə qədərdir.

Hansı Vitamin nə vaxt tapılıb?

[redaktə | mənbəni redaktə et]
  1. Maton, Anthea; Hopkins, Jean; McLaughlin, Charles William; Johnson, Susan; Warner, Maryanna Quon; LaHart, David; Wright, Jill D. (1993). Human Biology and Health. Englewood Cliffs, New Jersey, USA: Prentice Hall.