Payne (alm. Peine) — Almaniyanın Aşağı Saksoniya vilayətində şəhər, eyni adlı rayonun paytaxtı. Burada Fuhse və Mittelland çayları axır, Braunşveyqdən təqribən 25 km qərbdə və Hannoverdən 40 km şərqdə yerləşir.
Payne | |
---|---|
Peine | |
52°19′13″ şm. e. 10°14′01″ ş. u.HGYO | |
Ölkə | |
Torpaq (Almaniya) | Aşağı Saksoniya |
Rayon | Payne (rayon) |
Başçı |
Mixel Kesler (SDPA) |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 68 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +49 5171 |
Poçt indeksi | 31224–31228 |
Nəqliyyat kodu | PE |
Digər | |
peine.de (alm.) | |
Vikianbarda əlaqəli mediafayllar |
1130-cu ilə aid edilən aktda Roma imperatoru II Lotarın ministerialı olan Bertold fon Paginin adı çəkilir, hansı ki öz adını şəhərə "Payne" formasında vermişdi. Burq Payne qalası bu dövrə və ya daha əvvələ aid olunur.
1201-ci ildə Hildeshaym salnaməsində, yepiskop Hartbert fon Hildeshaym və Ekbert və Gunselin von Volfenbüttel qardaşları arasındakı nifaq təsvir edilib. Qraf Gunselin fon Volfenbüttel, Alman ordusunun baş komandanı və Müqəddəs Roma İmperatoru IV Ottonun yanında seneşal idi. Qələbəni Gunselin qazandı və Burq Payne və ətraf əraziləri nəzarət altına aldı.
Qalanın cənubunda Gunselin 1218 və ya 1220-ci illərdə Payne şəhərini qurdu. 1223-cü ildə qəsəbə şəhər imtiyazlarını aldı. O vaxtdan bəri Gunselin gerbi şəhərin simvolu halına çevrildi.
1256-cı ildə Payne Braunşveq-Lüneburq qersoqı Albrext tərəfindən fəth edildi və 1260-cı ildə Gunselin ölümündən sonra oğulları Payneni Hildeshaym yepiskopluğuna təslim etdilər.
Braunşveq-Lüneburqdan olan Hildeshaym yepiskopu I Otto qala, şəhər və qraflığı Vedekind fon Poppenburqa feodal torpağı kimi təhvil verdi. Otto sonradan Payneyi ticari şəhərlər siyahısına əlavə etdi.
Ayrıca, 1260-cı ildə Payne şəhəri sikkələri düzəltmək və buraxmaq hüququnu qazandı və qısa fasilələrlə 1428-ci ilə qədər Hildeshaym yepiskopluğunun zərbxanası idi. 1954 və 1956-cı illərdə Stederdorfer Straße və Horstweg küçələrində, orta əsrlərə aid Almaniyanın ən böyük iki gümüş xəzinəsi (14-cü əsrə aid olunan 7,5 kq ağırlığında dəyirmi formasında 95 külçə) tapıldı.
Fridrix fon Bodenştedtin doğma şəhəri olan Paynedə 2010-cu ildə Azərbaycanlı heykəltəraşlar Teymur və Mahmud Rüstəmov qardaşları tərəfindən Mirzə Şəfi Vazeh və onun şagirdi Fridrix fon Bodenştedtə həsr olunmuş xatirə lövhəsi qoyulmuşdur[5].
Payne bu şəhərlərlə qardaşlaşmışdır[6]: