Pediatrik neyrocərrahiyyə

Pediatrik neyrocərrahiyyə sinir sistemi, beyinonurğa beyni ilə əlaqəli cərrahi prosedurları özündə cəmləşdirən və operativ nevroloji xəstəlikləri olan uşaqları müalicə edən neyrocərrahiyyənin alt ixtisasıdır.

Tarixi[redaktə | mənbəni redaktə et]

1929-cu ildə Harvi Kuşinq və Frank İnqreham tərəfindən əsası qoyulan Boston Uşaq Xəstəxanası ABŞ-də uşaqlar üçün ixtisaslaşdırılmış neyrocərrahiyyə xidməti göstərən ilk xəstəxana idi.[1][2]

2009-cu il etibarı ilə ABŞ-də 200-dən az uşaq neyrocərrahı var idi. Onların təxminən 80%-ni kişilər təşkil edirdi.[3] Son 25 ildə uşaq neyrocərrahiyyəsi proqramını 391 həkim bitirib. Onların yalnız 70%-i böyüklər üçün neyrocərrahiyyədən ilk növbədə uşaq neyrocərrahiyyəsinə yönəlib. Onların təxminən 70%-i isə akademik tibbdədir.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Youmans and Winn Neurological Surgery (7). Elsevier. 2017. 1472–1475.
  2. "Neuroscience Center". Boston's Children Hospital. 29 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 September 2020.
  3. Shipman, Scott A.; Lane, Jessica R.; Durham, Susan R. "The pediatric neurosurgical workforce: defining the current supply: Clinical article". Journal of Neurosurgery: Pediatrics. 3 (1). 1 January 2009: 1–10. doi:10.3171/2008.10.PEDS08255. ISSN 1933-0715. PMID 19119896. 24 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2019.
  4. Maher, Cormac O.; Durham, Susan R.; Scott, R. Michael; Nadel, Jeffrey L. "Recent trends in North American pediatric neurosurgical fellowship training". Journal of Neurosurgery: Pediatrics. -1 (aop). 4 January 2019: 517–522. doi:10.3171/2018.10.PEDS18106. ISSN 1933-0715. PMID 30611157. 2 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2019.