Pedro Alonso (tam adıyla: Pedro Qonzales Alonso; d. 21 iyun 1971[1], Viqo, Qalisiya[2]) — İspaniya aktyoru, yazıçısı və rəssamı. Əsasən La casa de papel və onun spin-off seriyası Berlin seriallarındakı Andres de "Berlin" Fonollosa və Gran Hotel tarixi dram serialındakı Dieqo Murquia rolları ilə tanınır.
Pedro Alonso | |
---|---|
isp. Pedro González Alonso | |
| |
Doğum tarixi | 21 iyun 1971[1] (53 yaş) |
Doğum yeri | |
Uşağı | 1 |
Təhsili |
|
Fəaliyyəti | aktyor, yazıçı, rəssam, müğənni |
Fəaliyyət illəri | 1994-cü ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Pedro Qonzales Alonso İspaniyanın Viqo şəhərində doğulub.[3][4] Madriddəki Kraliyyət Dramatik Sənətlər Kollecindən(es) 1992-ci ildə məzun oldu və Rəqs Teatrını bitirdi. O, həmçinin yazıçı və rəssamdır. Əsərlərini Pedro Alonso O'choro adı ilə nəşr etdirir.[5]
Alonso Rías Baixas (2003–2005), Maridos e mulleres (2006–2008), Padre Casares (2008–2015) və Gondar (2009) televiziya performansları ilə Qalisiyada yerli səviyyədə və milli miqyasda tanınır. Tarixi dram serialı Gran Hotel-dəki rolu Dieqo Murquia / Adrián Vera Celande kimi. 2017-ci ildə Antena 3-də(es) 1 sezon yayımlanan, ardından Netflixə keçən cinayət dram serialı La casa de papel-də Andrés "Berlin" de Fonollosa rolunu canlandırdı.[6] 2018-ci ildə Türkiyə tərəfindən yayımlanan GQ jurnalı tərəfindən "İlin Beynəlxalq Starı" seçildi. O, Amazon Prime Videonun Latın Amerikasındakı ilk dram seriyası olan və 2018-ci ilin mayında yayımlanan Diablo Guardián serialında oynadı. 2019-cu ildə o, The Silence of the Marsh adlı sirli trillerdə baş rolu oynadı. O, La casa de papel-dəki Berlin rolunu 2023-cü ildə yayımlanmağa başlayan eyniadlı spin-off seriyasında təkrar canlandırdı.[7]
Alonso Parisli hipnoterapist və rəssam Tatyana Djordjevic ilə münasibətdədir. Onun əvvəlki münasibətindən bir qızı var.[8] O, ambideksterdir[9] və ispan, qalisiya, katalan və ingilis dillərində danışır.[10]
İl | Başlıq | Rol | Qeydlər |
---|---|---|---|
1995 | Hábitos | qısa film | |
1996 | Alma gitana | Antonio | |
1996 | Tengo una casa | Ferrari | |
1996 | Paranoia dixital | Guy | qısa film |
1997 | Niño nadie | Alex | |
1997 | Las vacaciones de Clara | Alan | qısa film |
1997 | El pliegue del hipocampo | Xavi | qısa film |
1998 | Insomnio | Miguel | |
2003 | Noviembre | Guard | |
2005 | El Calentito | Marcos | |
2005 | La noche del hermano | Club Porter | |
2010 | 18 Meals | Vladimir Torres | |
2010 | Todo lo que tú quieras | Pedro | |
2011 | Un día normal | Professor | qısa film |
2011 | Onde está a Felicidade? | Ramon | |
2012 | O Apóstolo | Pilgrim | səs |
2013 | Maldito lunes | Rafa | qısa film |
2015 | Retribution | Contreras | səs |
2015 | La playa de los ahogados | Marcos Valverde | |
2019 | The Silence of the Marsh | Q | |
2023 | Awareness | Vicente |
İl | Başlıq | Rol | Qeydlər |
---|---|---|---|
1997 | Todos los hombres sois iguales | Raúl | 5 seriya |
1998 | A las once en casa | Alejo | 28 seriya |
2000 | Raquel busca su sitio | 1-ci sezonun 3-cü seriyası: "David contra David" | |
2000 | ¡Qué grande es el teatro! | Gonzalo | seriya: "La hermana pequeña" |
2001 | Pequeno hotel | 1-ci sezonun 1-ci seriyası: "Un día apurado" | |
2002 | El comisario | Iván | 5-ci sezonun 9-cu seriyası: "Cuatro, Tres, Dos…" |
2003 | Código fuego | Tomás | |
2003–05 | Rías Baixas | ||
2005 | Hospital Central | Curro Gómez | 10-cu sezonun 1-ci seriyası: "El gas de la risa" |
2005 | La Atlántida | Boris | televiziya filmi |
2005 | As leis de Celavella | Amancio | 3-cü sezonun 20-ci seriyası: "Santa Teresa" |
2006–08 | Maridos e mulleres | Carlos | |
2006 | A vida por diante | 2-ci sezonun 4-cü seriyası: "O roubo" | |
2007 | R.I.S. Científica | Héctor | 1-ci sezonun 6-cı seriyası: "Miedo escénico" |
2008–15 | Padre Casares | Father Horacio Casares | 1–8, 14, 16-cı seriyalar |
2008 | La bella Otero | Venancio Romero | |
2008 | El espejo | Álvaro | televiziya filmi |
2009 | Gondar | Pedro Sotelo | |
2011 | 14 de abril. La República | 2 seriya | |
2011–13 | Gran Hotel | Diego Murquía / Adrián Vera Celande | |
2014–15 | Bajo sospecha | Roberto Vega Sánchez | 8 seriya |
2015 | Hospital Real | Andrés Osorio | |
2016 | El ministerio del tiempo | Lieutenant Cerezo | 2 seriya |
2016 | La embajada | Pablo Villar | |
2017–2021 | La casa de papel | Andrés de Fonollosa / Berlin | 41 seriya |
2017–18 | Traición | Roberto Fuentes del Riego | |
2018 | Diablo Guardián | Gallego | 3 seriya |
2023–hal-hazırda | Berlin | Andrés de Fonollosa / Berlin |
İl | Mükafat | Kateqoriya | Ekran işi | Nəticə | İst. |
---|---|---|---|---|---|
2009 | Golden Nymph | Outstanding Actor | Padre Casares | Namizəd | [11] |
Mestre Mateo Awards | Best Actor | Namizəd | [12] | ||
2010 | Best Actor | Namizəd | [13] | ||
2014 | Best Supporting Actor | Gran Hotel | Namizəd | [14] | |
2018 | Fotogramas de Plata | Best TV Actor | La casa de papel | Namizəd | [15] |
27th Actors and Actresses Union Awards | Television: Supporting Performance, Male | Qazandı | [16] | ||
2020 | Filming Italy Best Movie Award | International Award | — | Qazandı | [17] |