Pedro Petrone

Pedro Petrone (isp. Pedro Petrone, 11 may 1905[1], Montevideo13 dekabr 1964, Montevideo) — Uruqvaylı keçmiş futbolçu, hücumçu. Uruqvay millisinin tarixinin ən yaxşı bombardirlərindən biridir. 1930 Dünya çempionu. İki qat Olimpiya çempionu - 1924 və 1928 .

Pedro Petrone
Ümumi məlumatlar
Doğum tarixi 11 may 1905(1905-05-11)[1]
Doğum yeri
Vəfat tarixi 13 dekabr 1964(1964-12-13) (59 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Boyu 178 sm
Çəkisi 74 kq
Mövqeyi hücumçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uruqvay çempionatında "Nasyonal" klubunun formasında 128 matç keçirmiş və 146 qol vurmuşdur. "Fiorentina" klubunda oynayaraq İtaliya çempionatında 44 oyunda 37 qol vurub. 1931/32 mövsümündə İtaliya çempionatının bombardiri olub.

Uruqvay millisində ilk matçını 4 noyabr 1923-cü ildə Paraqvaya qarşı (qələbə 2: 0), son matçını 18 iyul 1930-cu ildə Peru ilə ilk dünya çempionatının qrup mərhələsində keçirdib (qələbə 1: 0). Milli komandada 24 oyunda 28 qol vurub.

  • Uruqvay çempionatının bombardiri (3): 1926, 1928, 1933
  • İtaliya çempionatının bombardiri (1): 1932
  • Cənubi Amerika çempionatının ən çox qol vuran oyunçusu (3): 1923, 1924, 1927
  • Dövrünün ən sürətli idmançılarından biri -100 metr məsafəni 11 saiyəyə qaçıb.
  1. 1 2 Pedro Petrone // FBref (çd.).