Peeco (ピーコ, Piko?, 18 yanvar 1945, Hodoqaya[d] – 3 sentyabr 2024, Kanaqava prefekturası) və ya doğum adı ilə Katsuaki Suqiura (杉浦 克昭?) – Yaponiya televiziya xadimi və tənqidçisi. Əkiz qardaşı ilə "Osugi və Peeco" televiziya duetinin üzvü olmuşdur.[1]
Peeco | |
---|---|
Doğum tarixi | 18 yanvar 1945 |
Doğum yeri |
|
Vəfat tarixi | 3 sentyabr 2024 (79 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | sepsis, bir neçə orqan çatışmazlığı sindromu |
Təhsili | |
Fəaliyyəti | dəb dizayneri, tarento[d], tənqidçi, müğənni |
Üzvlüyü |
|
1945-ci ildə Katsuaki Suqiura adı ilə Yokohama şəhərində doğulmuşdur. Bunka Moda Kollecindən məzun olduqdan sonra modelyer və tənqidçi kimi işləmişdir.
1975-ci ildə film tənqidçisi olan əkiz qardaşı Osugi ilə birlikdə əyləncə sektorunda debüt etmişdir. Onlar "Ohayo! Nice Day" (Fuji TV), "Sanji ni Aimasho" (TBS) və "Waratte Iitomo!" (Fuji TV) verilişlərində çıxış etmişdirlər. Peeco gey olduğunu açıqlamış, qadınsayağı nitqinə və açıq sözlülüyünə görə populyarlıq qazanmışdır. Dəb biliklərindən istifadə edərək küçədən keçən insanların geyimini tənqid edən veriliş seqmentinin aparıcısı olmuşdur.[1]
40 yaşlarında Peeco-ya bədxassəli melanoma diaqnozu qoyulmuşdur. Nəticədə, onun sol gözü amputasiya olunmuş və protez gözlə əvəz olunmuşdur. O, bu əməliyyatdan sonra sarı rəngli eynəklə çıxış etməyə başlamış və bu, onun imza görünüşünə çevrilmişdir. 2004-cü ildə çanson müğənnisi kimi debüt edərək CD buraxmışdır. 70 yaşlarında "Goji ni Muchu!" kimi verilişlərdə çıxış etmişdir. "Gözümü itirdikdən sonra görməyə gəldiyim şey" ("Katame o Uşinatte Miete Kita Mono") və "Hislərini cilalamaq, ürəyini cilalamaq" (Sensu o Miqaku, Kokoro o Miqaku) kitablarının müəllifi olmuşdur.[1]
Peeco 3 sentyabr 2024-cü ildə sepsisin səbəb olduğu bir neçə orqan çatışmazlığı səbəbilə Kanaqavada yerləşən bir xəstəxanadan ölmüşdür.[2] Ölümü 20 oktyabrda açıqlanmışdır.[1] Ölümündən bir neçə il əvvəl demensiya simptomları göstərməyə başlamışdı.[2]