Pemfiqus xəstəliyi və ya elmi adı pemphigus dərinin iltihabi avtoimmun xroniki xəstəliyi. Dəridə, selikli qişalarda, konyuktivada su toplayan yaralar şəklində özünü göstərir. Ciddi qidalanma pozuntusu yaradır. İmmunosupressiv dərmanlar icadına qədər bu xəstələrin 90%-i qidalana bilmədiyi üçün itirilirdi. Lakin immunosupressiv müalicə üsulları ortaya çıxdıqdan sonra bu rəqəm 10%-ə qədər enmişdir. [2]
Pemfiqus xəstəliyi | |
---|---|
| |
| |
XBT-10 | Şablon:ICD10 L |
XBT-10-KM | L10, L10.9 |
XBT-9 | |
XBT-9-KM | 694.4[1] |
OMIM | 169610 |
DiseasesDB | 9764 |
MedlinePlus | 000873 |
eMedicine | med/1064187 |
MeSH | D010392 |
Vikianbarda əlaqəli mediafayllar |
Humoral immun sistemin pozuntusuna bağlı meydana çıxır. Avtoimmun proses dərinin və selikli qişaları örtən epitel hüceyrələrinin bir birinə olan bağlılığını sıradan çıxardır. Bunun nəticəsində selikli qişalarda və dəridə eroziyalar və yaralar yaranır. Epitel hüceyrələri bir biriniə desmoglein adlanan proteinlərlə bağlanmışdır. Bu bağ proteinləri epiteli toxumasını tamlığından məsuldur. Avtoimmun proses desmoglein bağ preoteinləri zədələdiyinə görə epitel hüceyrələri akantoliz prosesinə uğrayaraq gevşəyir. Nəticədə yaralar meydana gəlir. [3]
Pemfiqus xəstəliyinin müxtəlif klinik variantları vardır. Ən sıx görülən forması adi pemfiqus və ya vulqar pemfiqusdur. Elmi adı pemphigus vulgaris olan bu xəstəlik əsasən ağızda yanma hissi ilə başlayır. Sonra ağızda eroziv səpgilər meydana gəlir. Xəstədə ağrıya bağlı udqunma problemi yaşanır və qidalana bilmir. Sonrakı mərhələlərdə su toplayan qovuqcuqlu yaralar dəri də meydana gəlir. [4]
Xəstəliyin müalicəsi və profilaktikası demək olar ki, xəstənin ömrü boyu davam edir. Uzun müddətli remissiya əldə etmək üçün potent immunosupressiv müalicələr təyin edilir. [5]
Şərti əlverişsiz xəstəliyin proqnozu, hətta vaxtında başlanmış adekvat müalicə vaxtı ölümcül nəticə mümkündür. Xroniki xəstəliyin axını, adekvat terapiya yalnız kliniki təzahürlərin ifadəsini azaldır, amma xəstəliyin səbəbini aradan qaldırmır. Kəskinləşmə dövrlərində xəstənin işləmək qabiliyyəti kəskin azalır, ağır axın vaxtı xəstənin invalidizasiyası mümkündür.