Pentapol (q.yun. Πεντάπολις; πέντε [pente] – "beş" və πόλις, [polis] – "şəhər") — beş şəhərdən ibarət coğrafi və/yaxud institusional qrup. Qədim dünyanın şəhərlərinin müxtəlif siyasi, ticarət və hərbi səbəblərə görə belə qruplar yaratdıqları güman edilir. Bibliyada bu söz Müqəddəs torpaqlardakı "Sodom pentapolu" ərazisinə aid edilir. Burada beş şəhər, yəni Sodom, Qomorra, Adma, Sevoim və Siqor aiddir. Onlar Kedorlaomerin başçılıq etdiyi elamların işğalına müqavimət göstərmək üçün birləşmiş, onlardan dördü qısa müddət sonra tamamilə məhv edilmişdir.[1]