Persidski – Rusiya Federasiyasının Dağıstan Respublikasının Qızılyar rayonunda yerləşən kənd. Persidski kəndi Bolşezadoevskoe kənd inzibati vahidliyinə daxildir.
Persidski | |
---|---|
43°53′55″ şm. e. 46°53′38″ ş. u. | |
Ölkə | Rusiya |
Rayon | Qızılyar rayonu |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 368817 |
Milli tərkibi: Azərbaycanlılar. Dini baxımdan islam dininin şiə məzhəbində etiqad edirlər. 2002-ci il siyahıya alınmasına görə kənddə 204 nəfər yaşayır. Bunun 89 % Azərbaycanlılardır[2]. 2010-cu ildə kənddə 235 nəfər (110 kişi və 125 qadın)[3] yaşayırdı.
Kənd Bolşezadoevskoe kəndindən 3,5 km cənub-şərqdə yerləşir.
Kəndin İrandan gəlmiş azərbaycanlı köçkünlər tərəfibdən salınması ehtimsl edilir. Bu Qızılyar ərazisində mütləq əksəriyyətini azərbaycanlılar təşkll edən yaşayış məntəqəsidir. Üstəlik Dağıstan ərazisində azərbaycanlıların yayılma ərazisinin ucqar şimal nöqtəsini təşkil edir.