Dağıstan Respublikası

Dağıstan Respublikası (rus. Республика Дагестан, avar. Дагъистан Жумгьурият, aqul. Дагъустан Жумгьурият, azərb. Дағыстан Республикасы‎, darg. Дагъистан Республика, qum. Дагъыстан Жумгьурият, lak. Дагъустаннал Республика, ləzg. Дагъустан Республика, noq. Дагыстан Республикасы, rut. Дагъустан Республика, tab. Дагъустан Республика, Республикей Догъисту, sax. Дагъыстан Республика, çeç. ДегIeстан Республика) — Rusiya Federasiyasının subyekti.

Dağıstan
Дагъистан Республика
Республика Дагестан
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Dağıstan himni

42°59′02″ şm. e. 47°30′18″ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Mahaçqala
Dövlət Başçısı Sergey Məlikov
Hökumət sədri Abdulmuslim Abdulmuslimov
Tarixi və coğrafiyası
Yaradılıb 1991
Sahəsi
  • 50.300 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.232.224 nəf. (2024)
Rəsmi dili Avar dili
Ağul dili
Azərbaycan dili
Dargin dili
Qumuq dili
Lak dili
Ləzgi dili
Noğay dili
Rutul dili
Tabasaran dili
Tat dili
Saxur dili
Çeçen dili
Rus dili
Rəqəmsal identifikatorlar
ISO kodu RU-DA
Telefon kodu 872
Avtomobil nömrəsi 05
Rəsmi sayt
Dağıstan xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Sulak canyon
Sulak canyon

Sahəsi 50270 km²-dir. Əhalisi əhali 3,041,900 nəfərdir (1 yanvar 2017-ci il). Paytaxtı Mahaçqala şəhəridir. Dağıstan Respublikası inzibati cəhətdən 42 rayona bölünür.[1]

Dağıstandakı ilk insan izləri aşağı paleolit dövrünə aiddir: Olduvay (2,5–1 milyon il əvvəl[2][3][4][5][6]), Aşel dövrü (150–80 min il əvvələ). Orta Paleolit (Mustie) dövrünə (80–35 min il əvvəlinə) aid tapıntılar ərazinin bütün fiziki-coğrafi bölgələrində mövcuddur. Buzlaqların hərəkət etməyə başladığı Üst Paleolit dövründə insanlar artıq dağlardan düzənliklərə enmişdir. Gedjuk bölgəsində tapılan mamont omba sümüyü buna sübutdur. Aşel dövründə bütün insanlar kimi burada yaşayan əhali də od qalamağı və toplu ovu öyrənmişdir. Mustie dövründə isə ox və kaman ortaya çıxmışdır. Mezolit dövründə (10–9 min il əvvəl) iqlim dəyişmiş, Kaspi dənizinin səviyyəsi alçalmış və Qafqazda buzlar əriməyə başlamışdır. Əhali get-gedə Kaspi (Xəzər) dənizinə tərəf irəliləmiş və yeni yerlərdə məskənləşmişdir. Mekegi və Rugudja kəndləri yaxınlığında yerləşən qaya sənəti tapıntıları da onlara ithaf edilir.

Əkinçilik və heyvandarlığa keçid Neolit dövründə başlamışdır (8–7 min il əvvəl). Çox kəndindəki qayadan düzəldilmiş ev Neolit dövründən qalmadır. Dulusçuluq, toxuma, daşların cilalanması və deşilməsi bu dövrün ən böyük uğurlarındandır. Aeneolitik dövrdə (e.ə 5–4 min) əhəmiyyətli mədəni kəşflər olmuşdur. Dövrün standart evi Girçin kəndində olduğu kimi dairəvi bir plana sahib idi. Həmin yerdə iki məzar da tapılmışdır. Əkinçilik və heyvandarlığın inkişafı qədim Dağıstanın ən əhəmiyyətli hadisələrindəndir . Bu sayədə iqtisadiyyat inkişaf etmiş və əhali artımı ilə yanaşı ərazi də genişlənmişdir. Müvəqqəti və mövsümi yerləşmələr də ortaya çıxmışdır.

Bürünc dövrünün başlaması ilə birlikdə (e.ə 4–2 min) dağlıq Dağıstanda terraslama üsulu ilə əkin mükəmməlləşdirilmişdir . Neolit İnqilabın nəticəsi olaraq (Dağıstan daxil olmaqla) Şərqi Qafqaz, dünyanın yemək növlərinə 50-dən çox buğda, arpa, kətan, paxla və saysız ərik, toxum və s . məhsulları qatmışdır. Bürünc dövrü dəmir istehsalına gətirib çıxarmışdır. Bu isə iqtisadiyyat, mədəniyyət, insan mentalitetində inqilabi dəyişikliklər yaratmış və nəhayət hərbi demokratiyanın və ardından da " dövlətin" meydana gəlməsinə səbəb olmuşdur. Tarixçi Heredota görə Skiflər Şimali Qafqazda yaşayıblar. Mənbələrdə E.ə VII ərdə Asiyadan gələn Skiflərin Şimali Qafqazın yerli xalqı olan Kimmerləri cənuba sıxışdırdıqlarına, onların da Anadoluya keçərək Hetti (Xetti) dövlətini qurduqlarına dair məlumat da vardır. İrandan gələn köç dalğaları (Sabatinlər, Beloziorlar, Skif qəbilələri) Dağıstan ərazisindən keçmiş və Transqafqaz yolu ilə Kiçik Asiyaya yayılmışdır.

E.ə IV əsrdən bizim eranın IV əsrinə qədər keçən dövrdə Şərqi Qafqazdakı ən əlamətdar hadisə , Qafqaz Albaniyasının qurulması və böyüməsidir. Eramızın 226-cı ilində Sasanilər İranda iqtidarı ələ keçirib , Qafqazı təsirləri altına almaq üçün romalılarla döyüşməyə başladılar. Böyük Miqrasiya və müxtəlif qəbilələrin (Savir , Avar, Barsil , Hun və s.) Dağıstanın Kaspi (Xəzər) sahilindəki bölgələri zəbt etməsi səbəbiylə Qafqazdakı vəziyyət daha da qarışmışdır. Bu qəbilələr, Transqafqaz və Kiçik Asiya üçün təhlükə meydana gətirirdi. Bu şərtlərdə təhlükəsizlik təmin etmək üçün Sasani idarəçiləri şimal sərhədlərində bəndlər tikmişdilər. Bunlar bu gün Dərbəntdən görülən bəndlərdi.

Bizim eranın V–VI əsrlərindən etibarən Lakz, Tabasaran, Qumıq, Zərikgəran, Qaytaq, Sərir, Dərbənd və Masqut krallıqları yaranmağa başlamışdır. VII əsrdə isə Dağıstanın ərazisi Avropanın cənubunda yaranmış dövlətin — Xəzər xaqanlığının sərhədləri daxilində qalmışdır. Buna görə də təqribən 740-cı illərdə, VIII əsrdən etibarən Dağıstan ərazisi Ərəb-Xəzər müharibələri üçün döyüş meydanına çevrilmişdi. Nəticədə Jarra, Maslama və Mərvanın liderlik etdiyi ərəb birlikləri Dağıstanın daxili kəndlərinə qədər gəlməyi bacarmışdır. Bu müharibələr ərazidəki kəndlərin dağılmasına, kənd təssərrüfatının isə yararsız hala salınmasına səbəb olmuşdur. Ərəb-Xəzər müharibələri bitdikdən sonra isə Dağıstan ərəblərin hakimiyyəti altında qalmışdır. Bunun nəticəsində ərazidə İslam dini yayılmağa başlamış və bu XV əsrə qədər davam etmişdir. Yalnız IX əsrdə Dağıstan ərəb işğalından qurtulur və 965-ci ildə isə Xəzər xaqanlığı parçalanır. X əsrdə artıq Dərbəndin tərkibində erkən feodal dövlətlər fəaliyyət göstərməyə başlayır. Bunlar Dərbənd (Bab-əl-əbvab), Lakz (cn. Dağıstan), Tabasaran, Sarir, Qumuq və başqaları idi. XI əsrdə Polova-Qıpçaq qəbilələri Prekaspiy ərazisinə köçrülür. Bu köçrülmə bugünkü Qumuq xalqının formalaşmasında böyük rol oynamışdır.

Tatar-monqol hücumu Dağıstanın tarixində xüsusi bir dövrü əhatə edir. Belə ki, 1220–22-ci illərdə Cəbə və Subutayın başçılıq etdiyi 20 minlik ordu Şm. Qafqaz, Transqafqaziya və iç Dağıstana doğru hücuma keçmiş və dağlıların mübarizəsini zəiflədə bilmişdir. Bunun ardınca gələn illəri (1227, 1239–40) dağıstanlılar monqol hücumlarına qarşı çıxmaqla keçirmişdir. Baş verən döyüşlər iqtisadiyyata zərər vurmuş, inkişafı ləngitmişdir. XIV əsrdə Orta Asiyada böyük bir dövlət quran Teymurləng Çingiz xanın həyata keçirə bilmədiyi "dünya imperiyası" ideyası üçün hərəkətə keçmişdir. O, 1395-ci ildə Azərbaycan və Dərbənd keçidi yolu ilə Dağıstan torpaqlarına girmişdir. Teymurun qəddarca törətdiyi qətliamlar xalq üçün fəlakətə çevrilsə də, dağlılar ona boyun əyməmişdir.

XVI əsrdə Dağıstan ərazisi yeni müharibə üçün məskən oldu. Osmanlı və Səfəvi İmperatorluqları Dağıstana sahib ola bilmək üçün mübarizəyə başladılar. Bu Dağıstanda yaşayan xalqların ölümünə, qula çevrilmələrinə və başqa fəlakətlərə səbəb olmuşdur, lakin 1582-ci ildə Lak, Avar və darginlərdən ibarət birləşmiş qüvvələr Osmanlı yeniçərilərini məğlubiyyətə uğratmışdır. Bunun ardınca dağlıların uzunmüddətli mübarizəsi başlamışdır. Ən uğurlu döyüşləri isə Nadir şahla olmuşdur. Səfəvi şahı Nadirin Dağlar ölkəsini ələ keçirmək üçün planladığı iki döyüşün ikisi də müvəffəqiyyətsizliyə uğramışdır. Dağlıların birləşmiş qüvvələri səfəviləri əvvəlcə 1738-ci ildə Canikdə, ardınca 1741-ci ildə Dağıstanda məğlub etmişdir. Bundan sonra 1742 və 1743-cü illərdə səfəvilərin planlaşdırdıqları bütün hücumlar məğlubiyyətlə nəticələnmişdir. Nəhayət, dağlılara qarşı döyüşü qazanma ümidini itirən Nadir şah 1743-cü ildə ordularını geri çəkmişdir.

Dağıstanın hökuməti üç əsas dövlət hökumətinə bölünür: Dağıstan Respublikası Dövlət Başçılığı, Dağıstan Respublikası Baş NazirliyiDağıstan Respublikası Milli Məclisi. Bununla belə, Dağıstan Respublikasında digər Nazirliklər də mövcuddur.

Ərazisində 32 xalq yaşayır. O cümlədən Dərbənd şəhərində 100 000 nəfərdən artıq azərbaycanlı yaşayır. Toplam Türk xalqların əhalisi isə 21% dən çoxdur. Rusların ümumi əhaliyə nisbəti 4%-ə düşmüşdür. Bu azalmaya qarşılıq əhali artım sürətinin sürməsindəki ən əhəmiyyətli səbəb, 1990-cı illərin başından bəri köhnə Sovet ərazilərindəki digər respublikalara vaxtilə əksəriyyəti iqtisadi səbəblərdən köçmüş olan dağıstanlıların yenidən öz ölkələrinə geri dönmələridir. Müxtəlif tarixi hadisələr səbəbiylə, minlərlə dağıstanlı Yaxın Şərq ölkələrinə (Türkiyə, Suriya, İordaniya, İraq, Misir, Səudiyyə Ərəbistanı) köçmüşdür. Amerika, Avropa və digər bəzi ölkələrdə də Dağıstan diasporu vardır. Dağıstan türkdilli və Qafqazdilli xalqların ana vətəni hesab olunur.

border=none Əsas məqalə: Dağıstan əhalisi

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Dağıstan sənaye-aqrar ölkəsidir. Təsərrüfat komplekslərində yeyinti, yüngül və maşınqayırma sənaye sahələri aparıcı rol oynayır. Ümumi sənaye məhsulunda bu sahələrin xüsusi çəkisi 83% təşkil edir. Dağıstan ərazisində müxtəlif faydalı qazıntı yataqları, neft-qaz ehtiyatları İzberbaşda, Terek-Kumekda aşkar edilmişdir. Özünün neft emalı zavodu olmadığından çıxardığı nefti Qroznı zavoduna verir. Respublikada 0.5 mln ton neft və 800 mln m³ qaz hasil edilmişdir. Coşqun dağ çayları hidroenerji ehtiyatları ilə zəngindir. Ümumi hidroenerji ehtiyatları 4.5 mln kv.s hesab olunur. Şimali Qafqazın ümumi ehtiyatlarının 40% təşkil edir. Karanoysu, Sulan və b. çaylar üzərində Qeribil, Çiryurd və Çirkay su elektrik stansiyaları tikilib. İldə 4.7 milyard kvt saat elektrik enerjisi istehsal olunur. Dağıstan geotermal sulardan da istifadə edir. Maşınqayırma və metal emalı zavodları gəmi müəssisələri, müxtəlif cihazlar, neft avadanlıqları istehsal olunur. Dağıstanın Oqni şəhəri yaxınlığında kvars qumları və elə oradaca təbii qazın olması güclü pəncərə şüşəsi istehsalını təşkil etməyə imkan vermişdir. Burada həmçinin konserv bankaları istehsal olunur. Dağistanin təsərrüfat həyatında Xəzər dənizi müstəsna rol oynayır. Dənizdən qiymətli ağ balıq və başqa növləri ovlanır. Mahaçqala və Dərbəndə balıq emalı müəssisələri yerləşir. Mahaçqala iri limanlardan biridir. Respublika güclü meyvə-tərəvəz konserv və şərab sənaye istehsalına malikdir. Dağıstanda sənətkarlıq da güclü inkişaf etmişdir. (Qubaçi kəndi məşhurdur) Respuiblikanın təbii şəraitinin müxtəlifliyi kənd təsərrüfatının inkişafına əlverişli şərait yaradır. Dağ rayonlarında qoyunçuluq güclü inkişaf etdirilmişdir. Yerli qış və yaya otlaqlarından istifadə olunur. Dağlıq rayonlarda torpaqların azlıq təşkil etməsi əhalinin bir qismini düzənliklərə köçürülməsinə səbəb olmuşdur. Əkinçilik Dağıstanın xüsusilə düzənlik hissəsində başlıca rol oynayır. Burada əkinçilik əsasən suvarmaya əsaslanır. Sulak və Terek çaylarının aşağı axarlarında suvarma sistemləri yaradılıb. Ən geniş üzümlüklər Dərbənd və Kizaloy rayonlarındadır.

Respublikanın ən iri sənaye mərkəzi onun paytaxtı olan Mahaçqaladır. Şəhərin 340 min nəfər əhalisi vardır. Maşınqayırma yüngün və yeyinti sənayesi inkişaf etmişdir. İri nəqliyyat mərkəzidir. İkinci böyük şəhər Dərbənddir. Əhalisi 82 min nəfərdir. İri şərabçılıq mərkəzidir.

Dağıstanın rayonları

[redaktə | mənbəni redaktə et]
İnzibati rayon Əhali Sıxlıq, adam/km² Dairə İnzibati mərkəzi
1 Ağul rayonu 10.342 14 Cənubi Tpiq kəndi
2 Axtı rayonu 30.980 29 Cənubi Axtı kəndi
3 Axvax rayonu 24.611 73 Dağlıq Karata kəndi
4 Aquşa rayonu 53.285 84 Dağlıq Akuşa kəndi
5 Babayurd rayonu 48.300 14 Şimali Babayurd kəndi
6 Botlix rayonu 59.077 77,2 Dağlıq Botlix kəndi
7 Buynaksk rayonu 81.331 40 Mərkəzi Buynaksk
8 Çaroda rayonu 12.957 11 Dağlıq Üurib kəndi
9 Dahadayev rayonu 36.354 25 Cənubi Urkarax kəndi
10 Dərbənd rayonu 101.588 113,4 Cənubi Dərbənd
11 Doqquzpara rayonu 14.910 33 Cənubi Usuxçay kəndi
12 Gergebil rayonu 21.613 52 Dağlıq Gergebil kəndi
13 Hümbətov rayonu 23.001 25 Dağlıq Mexelğta kəndi
14 Xasavyurd rayonu 157.767 100 Şimali Xasavyurd
15 Xiv rayonu 20.959 32 Cənubi Xiv kəndi
16 Xumtorqala rayonu 27.044 18 Mərkəzi Korkmaskala kəndi
17 Xunzax rayonu 32.509 56 Dağlıq Xunzax kəndi
18 Kazbek rayonu 48.668 75 Şimali Dılım kəndi
19 Kuli rayonu 10.949 16 Dağlıq Vaçi kəndi
20 Qaytaq rayonu 33.039 51 Cənubi Macalis kəndi
21 Qarabudaqkənd rayonu 84.956 50 Mərkəzi Qarabudaqkənd kəndi
22 Qayakənd rayonu 56.511 87 Mərkəzi Novokaəkent kəndi
23 Qızılyar rayonu 73.801 21 Şimali Qızılyar
24 Qızılyurd rayonu 71.694 150 Mərkəzi Qızılyurd
25 Qunib rayonu 27.110 42 Dağlıq Qunib kəndi
26 Qürah rayonu 14.560 20 Cənubi Qürah kəndi
27 Lak rayonu 11.792 17 Dağlıq Kumux kəndi
28 Levaşi rayonu 77.429 82 Dağlıq Levaşi kəndi
29 Məhərrəmkənd rayonu 61.649 93 Cənubi Məhərrəmkənd kəndi
30 Noqay rayonu 18.397 3 Şimali Terekli-Mekteb kəndi
31 Novolak rayonu 35.358 126 Şimali Novolak kəndi
32 Rutul rayonu 20.951 11 Cənubi Rutul kəndi
33 Serqoqala rayonu 27.647 54 Mərkəzi Serqoqala kəndi
34 Süleyman-Stalski rayonu 55.798 83 Cənubi Kasumkent kəndi
35 Şamil rayonu 29.542 29 Dağlıq Xebda kəndi
36 Tabasaran rayonu 50.313 68 Cənubi Xuçni kəndi
37 Tarumovka rayonu 33.223 11 Şimali Tarumovka kəndi
38 Tlərata rayonu 24.169 15 Dağlıq Tlərata kəndi
39 Tsumada rayonu 25.690 21 Dağlıq Aqvali kəndi
40 Tsunta rayonu (Bejta dairəsi ilə) 20.158 14 Dağlıq Tsunta kəndi
41 Untsuqul rayonu 31.340 51 Dağlıq Untsuqul kəndi

Dağıstanın şəhərləri

[redaktə | mənbəni redaktə et]

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  1. "Республика Дагестан". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-25.
  2. Деревянко А. П., Анойкин А. А., Казанский А. Ю., Матасова Г. Г. Новые данные по обоснованию возраста раннепалеолитического комплекса артефактов местонахождения Рубас-1 (Приморский Дагестан) // Известия Алтайского государственного университета. Выпуск № 3 (87) / том 2 / 2015. Arxivləşdirilib 2018-06-15 at the Wayback Machine
  3. Ожерельев Д. В. Культурно-хронологическое определение каменных находок из слоя 129 многослойной раннепалеолитической стоянки Мухкай II. Arxivləşdirilib 2020-07-21 at the Wayback Machine Краткие сообщения Института археологии. Вып. 241 (2015)
  4. Чепалыга А. Л., Амирханов Х. А., Садчикова Т. А., Трубихин В. М., Пирогов А. Н. Геоархеология олдувайских стоянок горного Дагестана. Бюллетень Комиссии по изучению четвертичного периода. № 72. Москва. ГЕОС. 2013. — С. 73–94.
  5. "По Дагестану два миллиона лет назад бродили хомо эректус". 2013-12-20 tarixində arxivləşdirilib.
  6. Амирханов Х. А., Мащенко Е. Н. Урма 1 — местонахождение раннего плейстоцена в Центральном Дагестане (1.2. Памятник Урма-1) // Stratum Plus, 2012

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]