Pervomayski rayonu (rus. Первомайский район) Rostov-na-Donu şəhəri ərazidə yerləşən, 1936-cı ilin 15 dekabrında təsis edilmiş rayon.
Rayon | |
Pervomayski | |
---|---|
|
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 15 dekabr 1936 |
Sahəsi | 44,1 km² |
Əhalisi | |
Əhalisi | 184 783[1] nəfər |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 863 |
Rəsmi sayt | |
Pervomayski rayonunda 1922 şirkət fəaliyyət göstərir. Bu şirkətlərdə ümumilikdə 58, 300 nəfər işləyir. Rayonun vizit kartı olaraq hesab edilir: kəndtəsərrüfatı maşınqayırması, aviasiya kompleksi, cihazqayırma. Rayonda olan şirkətlər "KZ Rostselmaş ", "Pribor", "Qranit", "Donavia", "Rostov mülki aviasiyası № 412", "Bizon", "Almaz".
Rayon ərazisində dəmir yolu vağzalı yerləşir. Bu əsasən "Selmaş" ilə əlaqəni təmin edir. Şimali Qafqaz ərazisində ən böyük uçuş-eniş zolağı burada qərarlaşır. Onun ümumi sahəsi 400 ha-dır. Hava limanı beynlxalq tələblərə tam cavab verir. Aerovoğzalın sahəsi 17 min m² təşkil edir. İstər yerli istərsə xarici reysləri qəbul imksnına malikdir.
Rayonda 15 bazar, 4 mehmanxana, 714 mağaza yerləşir.
Rayonda ümumilikdə 50 təhsil mərkəzi vardır: 20 məktəb, 23 məktəbə qədərki təhsil ocağı, 2 universitet. Rayonun ən böyük istirahət məskəni olan Ostroski adına parkın sahəsi 200 000 m² təşkil edir. Rayonun ən böyük stadionu Olimp-2dir. Stadion ümumilikdə 15,8 min yerlikdir.
Üstəlik şəhər sakinlərinin istitahətini təmin etmək məqsədi ilə 53 ha ərazidə meşələrlə örtülmüş bölgədə süni su tutarı olan "Rostov dənizi" yerləşir.