Pes[1] ( q.yun. Παισός, lat. Paesus ) — Kiçik Asiyada, Misiyada, Hellespontun girişində, Propontidanın cənub sahilində, Lampsak və Pariya şəhərləri arasında, eyniadlı çayın mənsəbində qədim şəhər.[2] Homerin "İliada"sındakı troyalılar kataloqunda onu Apes (Ἀπαισός) kimi qeyd edilir.[3] Böyük Ayaks tərəfindən öldürülən Selaqın oğlu troyalı Amfi Pesdən idi. Şəhər e.ə. 646-cı ildə miletlilər tərəfindən qurulmuşdur.[2]
Qədim şəhər | |
Pes | |
---|---|
40°23′42″ şm. e. 26°47′26″ ş. u.HGYO | |
|