Peskov adası (rus. Остров Пескова) — Kuril adalarının Böyük Kuril cərgəsinə daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayətinin Şimali Kuril şəhər dairəsinə[1] daxildir. Ada jurnalist Vasili Mixayloviç Peskovun şərəfinə adlandırılmışdır. Atlasov adası ilə arasında 14 metr məsafə vardır. Ada Oxot dənizində yerləşir. Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev tərəfindən imzalanmış 17 avqust 2016-cı il əmri ilə adsız adaya Peskov adı verilmişdir[2]. Arayışda deyilir ki, bu təklif[3] Saxalin vilayəti duması vermişdir. Vasili Peskov dəfələrlə Kuril adalarınfa olmuşdur. O, istər elmi eksprdisiyaların istərdə səyahətçi kimi bunu etmişdir. 1967-ci ildə «Kuril adaları» adlı oçerkini yazmışdır.
Peskov adası | |
---|---|
rus. Остров Пескова | |
Ümumi məlumatlar | |
Sahəsi | 0,000146 km² |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
50°55′17″ şm. e. 155°31′26″ ş. u. | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|