Peterburq Şimal bankının binası — 1903-1905-ci illərdə H.Z.Tağıyev küçəsində tikilmiş Peterburq Şimal bankının Bakı bölməsinin və sonradan Rusiya - Asiya bankının binası.[1] XIX əsrdə Bakıda baş vermiş neft bumundan sonra şəhərdə bir çox bankların filialları və yeni banklar açılır. İlk açılan banklardan biri də Peterburq Şimal bankının filialı olub.[2] 1903-1905-ci illərdə Peterburq Şimal bankının filialı üçün Qorçakovskaya 3 ünvanında tikilən binanın memarı məlum deyil. Binada hazırda Azərbaycan Beynəlxalq Bankının Mərkəz filialı yerləşir.
Peterburq Şimal bankının binası | |
---|---|
40°22′08″ şm. e. 49°50′24″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | H.Z.Tağıyev küçəsi |
Tikilmə tarixi | 1903 - 1905 |
Kateqoriya | Bina |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |