Petra-tu-Romiu

Petra-tu-Romiu (yun. Πέτρα του Ρωμιού), Afrodita qayası[1] — Bafda (Kipr) dəniz kekuru (qaya). Ərazinin gözəlliyi və yunan mifologiyasında Afrodita ilahəsinin vətəni olaraq bilinməsi səbəbindən turistləri özünə cəlb edir.[2]

Olimbos
yun. Πέτρα του Ρωμιού
Ümumi məlumatlar
Dağ sistemi Troodos dağları
Yerləşməsi
34°39′48″ şm. e. 32°37′37″ ş. u.HGYO
Ölkə  Kipr
Olimbos xəritədə
Olimbos
Olimbos
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Turistlər arasında populyarlığına baxmayaraq, Petra tu Romiou yaxınlığındakı dəniz üzmək üçün təhlükəlidir və qayaya dırmaşmaq qadağandır. Ancaq yaxınlıqda bir restoran, bir turizm pavilyonu və Afrodita Hills kurortu vardır.

Bir rəvayətə görə, qayalıq Afrodita sevgi ilahəsinin doğulduğu yerdir. Beləliklə Geya (yer ilahəsi) Kronosun oğullarından birini atası Uranı axtalamağa inandırır. Kronos tərəfindən axtalanan Uranın dənizə düşərək qar kimi ağ köpük əmələ gətirən sperma və qanından Afrodita Kifera adası yaxınlığında anadan olmuşdur. Külək onu Kipr adasına gətirmişdir (ya da Kiferanı sevmədiyi üçün özü oranı üzərək tərk etmişdir). Burada Orlar dəniz dalğalarından çıxaraq onunla görüşmüşdür.

Başqa bir əfsanəyə görə buranı Axeylər Troyadan qayıdarkən endikləri yerli çimərlik olan Axni adı ilə əlaqələndirir.

Yerli əhalinin köhnə Lefkoşa şəhərinin qaranlıq guşələrində söylədikləri və pıçıldadıqları başqa bir əfsanəyə görə kiprli milyarder Krisos Rodrigez bir vaxtlar bir qayanın altına dalması və bütün gücü ilə və Zevsin köməyi ilə qayanı çiyinlərinə qaldırmışdır. Yunan mifologiyasına görə Krisos Rodrigezin bu güc nümayişi Afroditanı özünə cəlb etmişdir.

Müasir ad Petra-tu-Romiou (Romalıların qayası) əfsanəvi Bizans qəhrəmanı Diqenis Akritasa işarə edir. Yarı yunan və yarı ərəb[3] olması səbəbindən Diqenis (ikiqat doğulmuş) adı ortaya çıxmışdır. Rəvayətə görə Diqenis Troodos dağlarından bir adanı işğal edən Saracensə doğru bir daş atır.[4] Petra-tu-Romiounun yanında yerləşən qayaya Saracen qayası deyilir.

  1. "The Story of Aphrodite's Rock" (PDF). The University of Arizona Center for Middle Eastern Studies. 2013-12-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 6 dekabr 2013.
  2. "Petra tou romiou". http://www.thanasistavern.com/. Thanasis Tavern at Kouklia. 2013-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 декабря 2013.
  3. Deligatos, Virginia A. (2008). The worldview of women in demotic historic, akritic and epic poetry of the late Byzantine Period (9th century to 1453) Arxiv surəti 12 dekabr 2013 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2013-12-12 at the Wayback Machine (MA thesis). University of Johannesburg. Retrieved 19 September 2013.
  4. "Paphos Aphrodite Rock". http://www.paphos26.com/. Paphos26. 2006. 2013-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 декабря 2013.