Petrofizika — Respublikada petrofiziki tədqiqatlara sistemli şəkildə 1965-ci ildən başlanılmışdır.
Çöl-geofiziki üsullarla tədqiq olunmuş sahələrin (Kür çökəkliyi, Qobustan) çökmə süxurlarının petrofiziki xassələri öyrənilmiş, onların sıxlığı, maqnit və elektrik keçiriciliyi haqqında məlumat toplanmışdır. Bu istiqamətdə aparılmış tədqiqatların nəticələri “SSRİ ərazisinin çökmə süxur örtüyünün fiziki xassələri” (Moskva, 1967) əsərində ümumiləşdirilmişdir. 1971-1973 illərdə Azərbaycanın quru hissəsinin neftli-qazlı sahəlarində və Xəzər dənizi akvatoriyasında çökmə süxurların fiziki parametrlərinin sxematik xəritələri tərtib olunmuş və SSRİ-nin cənub ərazilərinin 1:500000 miqyash sxematik xəritələr toplusuna daxil edilmişdi.
Sonrakı illərdə petrofıziki tədqiqatlar nəticəsində yüksək təzyiq və temperatur şəraitində çökmə süxurların deformasiya-davamlılıq və kollektor xassələri, maqmatik və metamorfik süxurların fiziki xassələri öyrənilmişdir.
Bu tədqiqatlar əsasında litosferin və üst mantiyanın dərinlik quruluşu və təkamülü haqqında bir sıra nəzəri məsələlər araşdırılmış, fiziki xassələrinə görə süxurların təsnifatı verilmişdir. Elastiki dalğaların anizotropluğu və xüsusi elektrik müqaviməti, süxurların termobarik parametrləri və s. haqqında daha dəqiq petrofiziki məlumatların əldə edilməsi məqsədilə yeni yüksək təzyiq və temperatur qurğuları işlənib hazırlanmış və tətbiq edilmişdir.
Tədqiqatlar nəticəsində Kiçik Qafqazın təkamülünün geodinamiki şəraiti araşdırılmış və ofiolit qurşağının formalaşmasını müşayiət edən paleogərginlik sahələrinin nisbi qiymətləndirilməsi həyata keçirilmişdir. Azərbaycanda Yer qabığının dərin qatlarında maddələrin termodinamik dayanıqlığımn pozulması prosesi geofiziki sərhəd əmələ gətirən amil kimi səciyyələndirilmiş və litosferin fiziki xassələrini özündə əks etdirən üçölçülü petrofiziki modeli işlənib hazırlanmışdır.
Müxtəlif tip maqmatik və metamorfık süxurlarda yüksək təzyiq və temperatur şəraitində elastiki dalğaların eksperimental tədqiqi bu dalğaları sürətlərinə görə qruplaşdırmağa imkan vermiş, təzyiqdən asılı olaraq sürət artımının müxtəlif qiymətlərlə səciyyələndiyi aşkar olunmuş və ultrabazitlorin serpentinitləşməsi nəticəsində onlarda elastik dalğaların yayılma sürətlərinin azalması, su ilə doymuş süxurlarda (qranitoidlər, qabbroidlər, serpentinitlər) isə artması müəyyən edilmişdir.
Tədqiqatlar nəticəsində qarışıq keçiricilik intervalında elektrik müqavimətinin qiymətinin süxur nümunələrində filiz minerallarının mövcudluğu və paylanma xüsusiyyətləri ilə, məxsusi keçiricilik intervalında isə həmin nümunələrdə süxur əmələgətirən mineralların kimyəvi tərkibi ilə əlaqədar olduğu aşkar edilmişdir.
Süxurların eksperimental tədqiqi əsasında alınmış reqressiya tənliyində Azərbaycan ərazisində Yer qabığında uzununa dalğaların kəsiliş üzrə sürətinin modelləşdirilməsində istiladə edilmişdir. Astara-Bakı-Mahaçqala geodinamik profili üzrə modelin təhlili göstərir ki, litosferin kəsilişində ayrılmış birinci təbəqənin süxurları çökmə mənşəli, ikinci təbəqə, ehtimal ki, turş və orta, üçüncü təbəqə əsasi, sürət dəyişməsinin ən az qradiyenti ilə səciyyələnən dördüncü təbəqə isə ultraəsasi tərkibli süxurlardan təşkil olunmusdur. Ayrılmış təbəqələrin sıxlığı müvafiq süxurlarda uzununa dalğa sürəti ilə onların sıxlığı arasında korrelyasiyaya əsasən müəyyən edilmişdir.
Böyük Qafqazın cənub yamacında Padar-Lahıc və Mərəzə-Oğuz profilləri üzrə sınan dalğaların korrelyasiyasına əsasən alınmış nəticələrdən Şamaxı-İsmayıllı zonası süxurlarında elastiki dalğaların sürətinə vəsıxlığına dair məlumatlardan istifadə olunmaqla Yer qabığının kəsilişinin petrofiziki modeli tərtib edilmişdir. Bu model əsasında Şamaxı blokunda Yer qabığının 12 km dərinliyə qədər kəsildiyi öyrənilmişdir.[1]