Sibir şişmeyvəsi (lat. Phlojodicarpus sibiricus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin şişmeyvə cinsinə aid bitki növü.
Sibir şişmeyvəsi | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Yarımtriba: Cins: Növ: Sibir şişmeyvəsi |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Çoxillik ot bitkisidir. Yeraltı orqanları qısa, şaquli, çoxsaylı kökümsov və mil köklərə malik olmaqla, uzunluğu 15-25 (50) sm-ə bərabərdir. Gövdəsinin hündürlüyü 15-70 sm, sadə və ya budaqlanan, qabırğalı, çılpaq və qısa tükcüklüdür. Kök üstündə olan yarpaqları çoxsaylı, lələkvari 3 bölümlü, göyümtül-yaşıl rənglidir. Yarpaq lövhəcikləri uzunsov-yumurtaşəkilli və ya yumurtaşəkilli olub, uzunluğu 5-30 sm, eni isə 2-10 sm olub, xətti-neştərşəkilli və itiucludur. Gövdə yarpaqları olduqca az, (2-4 ədəd) əksəriyyəti kiçik, güclü genişlənmiş və uzunsov qınlı olub, bənövşəyi rənglidir. Mürəkkəb çətir çiçək qrupuna malik olmaqla, 10-25 şüadan ibarətdir. Yarpaqları nisbətən burulan olmaqla, 5-8 ədəd, erkən tökülən, ağımtıl-pərdəli və xətti-neştərvaridir. Ləçəkləri ağ rəngli olub, uzunluğu 1,5-2,0 mm-dir. Meyvələri uzun yumurtavari, uzunluğu 6-8 (10) mm, çılpaq və ya tükcüklüdür.
Dağ-bozqır bitkisi olduğundan, dağlıq ərazilərində, yamaclarda, şabalıd meşəliklərində və çınqıllı torpaqlarda rast gəlinir.
İyun-sentyabr aylarında kökümsovu və kökü külünglə qazılıb çıxarılmaqla toplanılır. Bu işi ehtiyatla etmək lazımdır ki, bitkinin yeraltı hissələri məhv olmadan bərpa ola bilsin. Böyümə və ya meyvə yetişmə dövründə çoxillik ot bitkisi olan Sibir şişmeyvəsinin kökümsovu və kökü xammal olaraq toplanılır və keyfiyyətli dərman bitkisi kimi istifadə edilir. Xammal kölgəli yerlərdə sərilməli, yaxşı ventiliyasiyalı çardax, naveslərdə gündə 2-3 dəfə çevrilməli və ya quruducu şkafda qurudulmalıdır.
Sındırılmış kökümsov və kökləri sarımtıl-ağ rəngli olur. Aromatlı, dadı əvvəlcə şirin, sonra isə acı ədviyyəli olur.
Havası dəyişilən, yerlərdə 15kq kisələrdə saxlanılır (5 il).
Meyvələrinin tərkibində piranokumarinlər: dihidrosamidin və visnadin vardır.
Spazmolotik, vazomator dərmandır. Tərkibindəki piranokumarinin təsiri spazmolotik olmaqla periferik qan damarlarına genişləndirici təsir edir.
Bitkinin kökümsov və kökündən floverin alınır. Floverin adlanan bu maddə spazmolotik təbiətli olub, qeyri-spesifik angiospazm və müxtəlif etiologiyalı endoarteritlərdə istifadə edilir. Həb şəklində 0,05 q dozada buraxılır.