Phlomis herba-venti subsp. lenkoranica

Lənkəran bozaqgülü (lat. Phlomis herba-venti subsp. lenkoranica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin bozaqgülü cinsinin phlomis herba-venti növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın endemik növüdür. Regional IUCN Statusu - NT.

Lənkəran bozaqgülü
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Gövdələri 5-6,5 sm hündürlükdədir. Alt[yarpaqlar saplaqlı, enli-yumurtavari, dişicikli, 11 sm uzunluqda, 3,5 sm enində, gövdə yarpaqları üst yarpaqlara oxşayır, üst tərəfdə yaşıl, alt tərəfdə ağımtıldır, ulduzabənzər tükcüklərlə örtülmüşdür. Üst yarpaqlar tamkənarlıdır. Dəstəciklər 2-3, 6-8 çiçəklidir; çiçəkaltlıqları 7-8 mm uzunluqdadır, bizvari, 3 və 8 mm uzunluqda olan dişciklidir. Tac çəhrayı, üst tərəfdən kəsilmiş dodaqlı, aşağı tərəfdə enli-yumurtavari, qısa-lansetvari yan-dilimlidir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə-meyvəəmələgətirmə dövrü iyul ayına təsadüf edir. Orta dağ qurşağında rast gəlinir.

Lənkəranın dağlıq hissəsidir (Lerik rayonu).

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Yeganə lokaliteti müşahidə olunur. Populyasiya azalma tendensiyasına meyillidir.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Antropogen təsirlər (otarılma və tapdalanma) və iqlimdir.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın strukturunun öyrənilməsi və yayılma ərazilərində mühafizə tədbirlərinin həyata keçirilməsi vacibdir.