Phlomis herba-venti subsp. pungens

Tikanlı bozaqgülü (lat. Phlomis herba-venti subsp. pungens) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin bozaqgülü cinsinin phlomis herba-venti növünə aid bitki yarımnövü.

Tikanlı bozaqgülü
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik, hündürlüyü 30-60 sm, sıx ulduzvari tüklü bitkidir. Yarpaqları saplaqlı, aşağıdakılar uzunsov lansetvari, dilimli, gövdə yarpaqları nazik lansetvari, qıraqları xırda mişarvaridilimli, üstdən çılpaq və ya seyrək tüklü, altdan boz, qısa və sıx ulduzvari tüklüdür. Çiçəkləri kəsik-kəsik 4-6 çiçəkli köbələrdə toplanmışdır, kasacığı boruvari, bizvari, qeyri-bərabər uzun əyilmiş dişcikli, sıx boz tüklüdür. Tacı 15-20 mm uzunluqda, bənövşəyi və ya çəhrayıdır. Toxumları 5 mm uzunluqda, uzunsov, çılpaq qara-qonur rəngdədir.

BQ şərqi, BQ Quba sahəsi, Xəzər sahili ovalığı, Qobustanın rayonlarında aşağı və orta dağ qurşağında yayılmışdır. Kolluqlarda, quru, daşlı və gilli yamaclarda, qayalarda, bağlarda, quru çay vadilərində bitir.