Phyteuma campanuloides var. amplexifolium

Zəngçiçəyinəoxşar azineuma (lat. Asyneuma campanuloides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin azineuma cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükə həddinə yaxın olanlar"a aiddir. Azərbaycanın nadir növüdür.

Zəngçiçəyinəoxşar azineuma
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Gövdəsi 50-70 sm hündürlükdədir. Yarpaqları noxudvari və ya mişardişlidir, 5-8 sm uzunluqda, 2-4 sm enindədir. Aşağı yarpaqları yumurtavari və küt, digərləri oturaqdır. Çiçəkqrupu sünbülvari, topaşəkilli göy-bənövşəyi çiçəklərdən ibarətdir. Kasacığı çılpaq, ensiz tərs -konus formalı,şırımlıdır. Tacı dərin kəsilmiş, xətti, aşağı əyilən dilimlidir. Sütuncuğu 3 erkəkciklidir. Qutucuğu uzunsov, yuxarı hissəsində xırda grcüklərə açılandır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə iyul-avqust, meyvəvermə iyul-senytabr aylarına təsadüf edir. Subalp və yuxarı meşə qurşağının dağ çəmənlərində, meşələrdə və tarlalarda rast gəlinir.

Böyük Qafqazın Quba sahəsi, şərq və qərb hissələri, Kiçik Qafqazın şimal və mərkəzi hissələr, Naxçıvanın dağlıq hissəsidir.

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyasının təbii bərpasında mənfi təsirlərin dəyişilməsindən asılılığı müşahidə olunur, azalma tendensiyasına meyillidir. 

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Antropogen amillər, otarılma, tapdalanma və iqlim amillərinə həssaslıqdır.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın nəzarətə götürülməsi, mütəmadi monitorinqlərin aparılması tələb olunur. 

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Campanula marschalliana Boiss.
  • Phyteuma campanuloides M.Bieb. ex Sims
  • Phyteuma sibthorpianum var. campanuloides (M.Bieb. ex Sims) Steud.
  • Podanthum campanuloides (M.Bieb. ex Sims) Boiss.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Asyneuma campanuloides var. gracile Manden. & Kuth.
  • Phyteuma campanuloides var. amplexifolium K.Koch
  • Phyteuma campanuloides var. petiolatum Regel