Picea obovata var. lucifera

Sibir küknarı (lat. Picea obovata) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü.

Sibir küknarı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Təbiətdə Şərqi Sibirdə və Altay dağlarında aşkar olunmuşdur. Hündürlüyü 25 m-ə qədər çatan ağacdır. Çətiri konusvarıdır. Gövdəsinin diametri 1 m-dən çoxdur. Cod iynəyarpaqlarının uzunluğu 1,7-2,2 sm, bitişik və ya şaxələnmiş, göyümtül çalarlıdır. Zoğların yuxarı işıqlı tərəfində iynəyarpaqların yarısı ağımtıl-sarı, günəşdə yanan kimidir. Budaqları üstdən işıqlı görünür. Qozaların uzunluğu 6,5-7,5 sm, diametri təxminən 3 sm, yaşımtıl-açıq qonur, tipik yaşıl iynəyarpaqlı növünə nisbətən daha nazik və yumşaq qabıqlıdır, adi küknara bənzəyir, 6-7 il yaşayır, kölgəyədavamlıdır. Çox dekorativdir, iynəyarpaqları gümüşü-ağdır. Cavan zoğları çılpaqdır. Tez böyüyür. İstidən və quraqlıqdan əziyyət çəkmir. Toxumla çoxaldıqda cücərtilərin 57 %-i bu əlaməti irsən keçirir. Dörd növmüxtəlifliyi məlumdur. Torpağa tələbkardır. Tüstüyə və qaza az davamlıdır. Qozaları ağ küknarın qozalarından xırda, möhkəm, parlaq, qırmızı-qonurdur. Toxumlarla çoxalır. Tək və ya kiçik qruplarla əkmək olar. Ağ gövdəli tozağacı ilə yaxşı uyğunlaşır. Abşeronda yeni salınan parklarda, bağlarda tək, qruplarla, xiyabanlarda rast gəlinir və mədəni şəraitdə becərilir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Abies obovata (Ledeb.) Loudon
  • Picea abies var. obovata (Ledeb.) Lindq.
  • Picea abies subsp. obovata (Ledeb.) Hultén
  • Picea excelsa var. obovata (Ledeb.) A.Blytt
  • Picea excelsa var. obovata (Ledeb.) Ahlfv.
  • Pinus abies var. obovata (Ledeb.) Andersson ex A.Murray bis
  • Pinus abies f. obovata (Ledeb.) Voss
  • Pinus obovata (Ledeb.) Turcz.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Abies excelsa var. altaica (Tepl.) Willk.
  • Picea obovata var. argentea Luchnik
  • Picea obovata var. brevifolia Luchnik
  • Picea obovata var. coerulea Malyschev
  • Picea obovata var. densifolia Luchnik
  • Picea obovata var. krylovii Luchnik
  • Picea obovata subsp. krylovii (Luchnik) Silba
  • Picea obovata var. lucifera Luchnik
  • Picea obovata var. lutescens Luchnik
  • Picea obovata var. pendula Luchnik
  • Picea obovata subsp. petschorica Govor.
  • Picea obovata var. seminskiensis Luchnik
  • Picea obovata var. tschiketamanica Luchnik
  • Picea obovata subsp. tschiketamanica (Luchnik) Silba
  • Picea vulgaris var. altaica Tepl.
  • Picea wolossowiczii Sukaczev
  • Pinus obovata var. schrenkiana Parl.