Pika xəstəliyi — mərkəzi sinir sisteminin nadir, bir qayda olaraq xroniki və getdikcə şiddətlənən xəstəliyidir. Xəstəlik baş beyin qabığının əsasən alın və gicgah payının dağılması və atrofiyası ilə xarakterizə olunur.
Pika xəstəliyi | |
---|---|
XBT-10 | G , F |
XBT-9 | |
OMIM | 172700 |
DiseasesDB | 10034 |
MedlinePlus | 000744 |
eMedicine | neuro/311 |
MeSH | D020774 |
Pika dünyada aşkar edilmiş on nadir xəstəlikdən biridir. Bu xəstəliyə tutulan insanlarda kağız, sabun, torpaq, təbaşir, gil, süngər kimi maddələrə meyl yaranır. Alimlər bu xəstəliyin mineral çatışmazlığından irəli gəldiyini yəqinləşdiriblər. Bu nadir xəstəlik, insanda yeyilməsi mümkün olmayan maddələri yemək istəyi oyadır. Bu xəstəlik əsasən hamilə qadınlar və kiçik yaşlı uşaqlarda müşahidə edilir. Yeyilməsi mümkün olmayan maddələrlə qidalanmaq - qanda hansısa maddələrin çatışmazlığından əmələ gəlir. Belə xəstələr ambulator müayinədən keçərək, qan analizi verməli və dəqiq müayinə olunmalıdırlar. Bundan sonra müalicəyə başlamaq olar.
Xəstəliyin yaranma səbəbi nadir psixi pozuntudur. Bu xəstəliyin daşıyıcıları PİKA (pozuntulu iştaha) sindiromuna yoluxurlar. Sözügedən pozuntuya məruz qalan insanlar təbaşir, daş kömür, daş yeyirlər. Məsələn: təbaşir yeyilməsi kalsium çatışmazlığından irəli gəlir. Kalsium süd məhsullarında, yumurtanın sarısında, xaş xörəyində daha çoxdur. Bu anormallığı eyni zamanda müxtəlif həblərlə də müalicə etmək olar.
Pika xəstəliyini müəyyən edən konkret yoxlanma üsulu yoxdur. Lakin Pika xəstəliyinin qidalanması normal səviyyədən aşağı olan və ya düzgün qidalanmayan insanlarda yarandığını nəzərə alaraq qanda dəmir və sinkin miqdarını aşkarlayan testlərin aparılması zəruridir. Həmçinin hemoqlobinin yoxlanması da vacibdir. Torpaq və heyvan nəcisi yeyənlərdə isə infeksiya təhliləri aparılmalıdır.
ABŞ-nin Florida ştatının sakini, 19 yaşlı Tempest Henderson artıq yarım ildir ki, gündə bir sabun yeyir. O, hərdən yuyucu tozu da həzmi-rabedən keçirir. Qızın dediyinə görə, ilk dəfə yuyucu tozun dadına baxanda ləzzət alıb. "Çox qəşəng, bir qədər duzlu, həm də şirin dadı vardı. Sabun da xoşuma gəldi", - Tempest deyib. Bu xanım həkimlərə müraciət edəndə isə ona çox nadir psixi pozuntu olan Pika (pozuntulu iştaha) diaqnozu qoyulub.
Həkimlər hesab edirlər ki, Hendersonda belə psixi pozuntunun yaranmasının səbəbi qızın məruz qaldığı stressdir. Qız tənhadır, ailəsindən çox uzaqda, kollecdə təhsil alır.
Pika üzrə dünyanın ən məşhur mütəxəssislərindən biri olan doktor Barton Blinderin dediyinə görə, sabun yemək Hendersonun sağlamlığına çox pis təsir edə bilər.[1]
Pika xəstəliyinə mübtəla olmuş Kerri Trebilkok bu günə kimi 4 min süngər və 100-ə qədər sabun yeyib. Süngərləri müxtəlif şirələr və ya souslarla birlikdə yeməyə üstünlük verməsi onun qidalanma üçün yararsız olan maddələri yemək istəyindən irəli gəlir. Yediyi sabunların isə organik və meyvə ətirli olmasına üstünlük verir.
Tibb bacısı 2008-ci ildə 21 yaşında olarkən Mərakeşə səfəri zamanı ankilostomoz xəstəliyinə tutulduğunu və bunun ardından süngər və sabun yeməyə başladığını söyləyir.[2]