Pikardiya


Pikardiya (fr. Picardie) Fransanın şimalında tarixi vilayət və bölgədir. Əsas şəhəri - Amyen. Əhalisi 1.9 milyondan çoxdur (regionlar arasında 12-ci yer).

Pikardiya
Bayraq Gerb
Bayraq Gerb

49°30′ şm. e. 2°50′ ş. u.HGYO


Ölkə

Ərazisi 19399 km²-dir. Ərazisindən Ena , UazaSomma çayları axır.

"Pikardiya" adına ilk dəfə XIII əsrə aid yazılı mənbələrdə rast gəlinmişdir. O zamanlar [pikardiya ləhcəsinin] yayıldığı əraziləri bu cür adlandırırdılar. İngilislərBurqundiya hersoqları Pikardiyanın fransız tax-tacına məxsus olmasına qarşı çıxırdılar. Parisi ələ keçirməyə çalışan bütün işğalçıların yolu Pikardiyadan keçirdi. Birinci dünya müharibəsi gedişində Pikardiyanın bir çox qədim şəhərləri, o cümlədən PeronnSen-Kanten təmamilə dağılmışdı.

Pikardiya Qotik memarlığın vətənidir. Burada orta əsrlərə aid altı böyuk kilsə vardır ki, onların da ən böyüyü Əmyendədir.