Fransa Qvianası

Fransa QvianasıCənubi Amerikanın şimal-şərqində, Atlantik okeanı sahilində yerləşmiş Fransanın dənizaşırı departamenti, ölkənin 26 region arasında yeganə dənizaşırı regiondur. Paytaxtı Kayennadır. SurinamBraziliya ilə həmsərhəddir. Sahəsi 83,534 km², əhali 202 min adam (2006-cı ildə). Beynəlxalq aeroport (Kayenna-Roşambo aeroportu) və kosmodrom (Kuru kosmodromu) var.

Fransa Qvianası
Guyane
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

3°59′55″ şm. e. 52°59′59″ q. u.HGYO


Ölkə
İnzibati mərkəz Kayenna
Tarixi və coğrafiyası
Yaradılıb 21 mart 1946
Sahəsi
  • 83.534 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 286.618 nəf. (1 yanvar 2021)[1]
Rəqəmsal identifikatorlar
ISO kodu FR-973
Telefon kodu 594
İnternet domeni .gf
Rəsmi sayt
Fransa Qvianası xəritədə
Fransa Qvianası xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Fransa Qvianası
Kayyena şəhər mərkəzi

Cənubi Amerikanın şimal-şərq hissəsındə Atlantik okeanı sahilində Fransanın əmlakı yerləşir. Sahəsinə görə Fransız Qviananı Portuqaliya kimi Avropa ölkəsi ilə bərabər saymaq olar, lakin əhalisinin sayına görə o, Portuqaliya əhalisinin sayından 100 dəfə azdır. Şimalda Qviana Atlantik okeanına çıxır, onun sahili 320 km məsafədə qərbdən şərqə tərəf uzanır. Braziliyadan ölkəni şərqdə Oyapoki çayı, cənubda isə Tuluk-Umak dağ silsiləsi ayırır; qərbdə Surinam ilə sərhəd Maroni çayı sahili ilə keçir.

Ölkənin sahili-ovalıq və bataqlıqdan ibarətdir. Dördüncü dövrün dəniz çöküntüləri hesabına, formalaşmış ovalıqlar 20 km enində uzanmışdır və Atlantık okeanı sahilini əmələ gətirmişdir, onlar ölkə ərazisinin 6 %-ni tutur. Qviananın qalan hissəsini Qviana yaylası tutur. Onun cənub hissəsində dəniz səviyyəsindən 850–900 m hündürlüklərdən ibarət olan Tumuk-Umak silsiləsi yerləşir. Bu silsilə ölkənin çayları arasında Atlantik okeanına və Amazonun qollarına axan çayların suayrıcısıdır.

İqlimi subekvatorial, isti və rütubətlidir. Ölkənin iqlimi subekvatorial istidır, daimi temperaturları 25-28 °C arasında tərəddüd edirlər. Yağıntıların miqdarı ildə 2500–4000 mm təşkil edir.

Qviananın əsas təbii varlığı sayılan meşələr ölkə ərazisinin 94 %-ni tutur. Meşələrdə 500-dən çox ağac növü bitir. Onların arasında qırmızı ağac, çəhrayı ağacı, tik ağacı, muskat, mora ağacı və s. kimi qiymətli ağac növləri rast olunur. Lakin nəhəng (8 mln ha) meşə massivlərinin mənimsənilməsi və istismarı çətinlik törədir, çünki onlar praktiki olaraq əhalisi az olan yerlərdədir.

Heyvanat aiəmi də zəngindir: meymunlar, tapir, yaquar, sürünənlər, çoxlu quş və həşərat var. Dəniz və çaylar balıqla, krevetka ilə zəngindir.

Qviana qızıl və boksat ehtiyatlarına malikdir. Ölkə qızılvə boksit ehtiyatlarına malikdir. İlk qızıl yatağı XIX əsrin ortalarında Aratay çayında aşkar edilmişdir. Ən böyük boksit yataqları Ko rayonunda yerləşir. Onun ehtiyatı 50 mln.t qiymətləndirilir, bunlarda alüminium oksidi 40 %-dir.

Qviana 1499-cu ildə X.KoIumb tərəfindən kəşf edilmişdir. 1604-cü ildə onun ərazisində ilk fransız müstəmləkəçilər məskunlaşmışlar. 1635-ci ildə Fransanın müstamləkəsi elan edilmişdir. XVII əsr - XIX əsrin əvvəllərində bu ərazi uğrunda hollandiyalılar, ingilislər və fransızlar arasında gedən rəqabət 1817-ci ildə Fransanın hakimiyyətinin qəti bərqərar olması ilə başa çatdı. XIX əsrin ikinci yansı Fransız Qvianası üçün üç mühüm hadisə ilə qeyd olunur; quldarlığın ləğv olunması, ölkənin sürgün yerinə çevrilməsi və qızıl yataqlarının kəşf edilməsi.

1852-ci ildə Fransız Qvianası sürgün yerinə çevrildi. Paris kommunasının məğlubiyyətindən sonra buraya çox kommunarlar sürgün olunmuşdur. Təxminən bir əsr Qviana sürgün yeri olmuşdur.

1946-cı ildən Fransanın dənizaşırı departamenti statusu almışdır. Quldarlığın ləğv olunması plantasiya təsərrüfatında işçi qüvvəsinin çatışmamazlığına gətirib çrxardı, bu da Fransa hökumətini immiqrasiya siyasətinə vadar etdi. 1852-ci ildən 1939-cu ilə qədər Fransadan müstəmləkəyə 70 mindən artıq məhbus gətirilmişdir.

Qviananın ən mühüm və daimi problemlərindən biri işçi qüvvəsinin və əhalinin çatmamazlığıdır, müxtəlif təbii resurslarla zəngin olan ölkənin daxili rayonlarının mənimsənilməsi üçün işçi qüvvəsi çatmır. Təqribən əhalinin 70 %-i Kayenna adasında toplanmışdır, sahil zonasında isə ölkə əhalinin cəmi 90%-i yaşayır.

Qviana əhalisinin əksəriyyətini və yaxud çoxsaylı qrupu kreollardır ki, onların sayı 40 min nəfərə çatır, bunlardan 1/3-i Fransız Antil adalarından gələnlərdir. Kreollardan sonra, əhalinin miqdarına görə avropalılar - fransızlardır. Meşə zənciləri (2 min nəfər), hindular (əhalinin 10%-i), çinlilər, hindlilər və b. yaşayır. Rəsmi dil fransız dilidir. Hakim din-xristianlıqdır. Zəncilər və hindularda qədim etiqadların qalıqları saxlanılmışdır.

Əhalinin orta artım tempi Qvianada - ildə təqribən 2%-dir. Əhalinin yarıya qədəri 20 yaşdan cavandır. İqtisadi aktiv əhali 30 min nəfərdir, bunlardan 1/3-i kənd təsərrüfatında çalışır.

Urbanizasiyanın səviyyəsi yüksəkdir. Əhalinin 55%-i şəhərlərdə yaşayır. Ən böyük şəhər - ölkənin inzibati mərkəzi Kayenna şəhəridir.

Fransız Qvianası geri qalmış aqrar ölkədir. İqtisadiyyatı Fransa və ABŞ kapitalının nəzarəti altındadır. Əhalinin əsas məşğuliyyəti əkinçilikdir. Ərazinin 0,2%-i şumlanır, özü də əksərən sahildə. Əsas kənd təsərrüfatı bitkiləri: tərəvəz, banan, çəltik, şəkər qamışı, maniok, qarğıdalı və sitrusdur. Heyvandarlıq inkişaf edir: iri buynuzlu mal-qara - 17 min baş, donuzlar - 10 min baş, quşlar -160 min başdır.

Qviananın təkində böyük qızıl, boksit, tantal və b. filiz ehtiyatı yataqları vardır. Ən əhəmiyyətlisi qızıl hasilatıdır (530 kq). Qızıl ixracından alınan gəlir 4,5 mln dollar idi. Boksit yataqları da aşkar edilmişdir (ehtiyatı 42 mln t). Ölkədə rom istehsalı fabrikləri, qızıl gül essensi fabriki, krevetkaların dondurması və konservləşdirilməsi müəssisələri vardır.

Bütün quraşdırılmış elektrik stansiyaların ümumi gücü - 31 min kvt-dır.

Əsas ticarət partnyorlan: Fransa (idxalın 62%-i, ixracatın 34%-i), AFR, ABŞ, Yaponiyadır.

Qviananın böyuk portları: Deqra-de-Kani, Kayenna və b. Beynəlxalq aeroport Roşambo (Keyseqqadan 17,5 km). Kuruda fransız kosmik mərkəzi var, buradan Yerin suni peykləri buraxılması üçün istifadə olunur.

Azərbaycan ilə əlaqələri

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının sayca üçüncü peyki olacaq “Azerspace-2” peykinin buraxılması cari ilin aprel ayında Fransız Qvianasında yerləşən Kuru kosmodromunun Qviana Kosmik Mərkəzində baş tutacaq.[2]

  1. Populations légales 2021. Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu, 2023.
  2. "Arxivlənmiş surət". 2018-02-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]