Pike əməliyyatı — İkinci Dünya müharibəsinin ilk illərində Qafqazda neft hasilatı obyektlərini məhv etmək üçün təklif olunan ingilis-fransız strateji bombardman planı. Plan Britaniya Hərbi Hava Qüvvələrinin komandanı Con Slesor tərəfindən hazırlanmışdı.[2] Sovet İttifaqına qarşı ingilis hərbi planlaması, İkinci Dünya müharibəsinin ilk iki ilində (1939–1941), ingilislər və fransızlar alman–sovet ticarət müqaviləsi və Molotov-Ribbentrop paktının Stalini Hitler və Nasist Almaniyası ilə ortaq etdiyi qənaətinə gəldikdə həyata keçirilməyə başlandı.[3] Plan Sovet iqtisadiyyatının dağıdılmasına nail olmaq və Almaniyanı Sovet resurslarından məhrum etmək üçün sovet neft sənayesinin məhv etməyi nəzərdə tuturdu.
Pike əməliyyatı | |||
---|---|---|---|
İkinci Dünya müharibəsi | |||
| |||
Tarix | 1930-cu illərin sonu və ya 1940-cı illərin əvvəllərinə planlaşdırılmışdı | ||
Yeri | Sovet İttifaqı və Skandinaviya | ||
Münaqişə tərəfləri | |||
|
|||
Molotov-Ribbentrop paktı bağlandıqdan sonra İngiltərə və Fransa SSRİ-nin almanlara neft satmasından narahat olmağa başladılar.[4] Planlaşdırma 1939-cu ilin sentyabrında Sovet qoşunlarının Polşaya hücumundan dərhal sonra başladı və Stalin 1939-cu ilin noyabrında Finlandiyaya qarşı Qış müharibəsinə başladıqdan sonra genişləndi. Plana Şimali Norveç və İsveçin ələ keçirilməsi və Baltik dənizində Sovet qoşunları və dəniz qüvvələri ilə qarşıdurma aparmaq üçün Finlandiyaya irəliləmə daxil edilmişdi.