Pilenay qalası — Litvada orta əsrə aid bir qala. Litva tarixində qala qəhrəmanlıqla müdafiə olunması ilə məşhurdur.
Pilenay qalası | |
---|---|
54°30′53″ şm. e. 24°05′35″ ş. u. | |
Ölkə | Litva |
Tipi | Mədəni |
Dövlət | Litva |
Region | Avropa |
Kateqoriya | Qala |
Knyaz Marqirisin başçılıq etdiyi tarixi müdafiə, 1336-cı il fevralın 25-də qala Tevton ordeni tərəfindən mühasirəyə alındıqda baş vermişdir. Qalaya yürüş Qrand Master Ditrix fon Altenburq tərəfindən əmr edildi. Onun məqsədi birbaşa Prussiya ilə sərhəddə yerləşən Jemaytiyanın mühüm qalasını dağıtmaq olur.
Pilenay və ətrafnın sakinləri özlərini daha böyük bir düşməndən qorumağın mümkün olmayacağını başa düşdükdə, düşmənin heç bir dəyər əldə etməməsi üçün bütün əmlaklarını məhv edərək kütləvi intihar etmək, həmçinin qalanı yandırmaq qərarına gəldilər. Tevton ordeni tabe olmaqdan və qul olmaqdansa ölməyi üstün tutdular. Əvvəlcə sakinlər əmlaklarını yandırdılar, qalaya atəş vurdular. Sonra kişilər, qadınlar və uşaqlar intihar etdilər. Livoniyalı salnamələrə görə əvvəlcə yaşlı keşiş yüzdən çox qala müdafiəçisi - kişilər, qadınlar, uşaqları bir balta doğradı. Sonra nəhayət qalanın dayana bilməyəcəyi bəlli olduqda, knyaz Marqiris şəxsən arvadını qılıncla ikiyə böldü və qalanın qalan müdafiəçilərini öldürdü[1].
Orden salnaməçisi Viqand Marburqun yazdığına görə qalada 4000 adam var idi.
Pilenayın dəqiq yeri uzun müddət naməlum qaldı. Müxtəlif tarixçilər və arxeoloqlar əfsanəvi qalanın yerləşməsi ilə bağlı bir çox fərziyyə irəli sürmüşdü. 2016-cı ildə bir qrup arxeoloq yüksək ehtimal olunan olan qalanın Zemaitiyanın Şilalski rayonundakı Bilyonyai kurqanında yerləşdiyini müəyyən etdilər[2].
Qalanın qəhrəmanlıqla müdafiəsi bir növ müqavimət simvolu oldu. Bəstəkar Vytautas Klova bu hadisə haqqında 1956-cı ildə təqdim etdiyi Pilenay operasını yazdı.
2002-ci ildə sədaqət və fədakarlıq vurğulanaraq Litva müstəqilliyinin qorunmasına görə knyaz Marqiris dövlət mükafatını təsis etmək təklif edildi. Bu mükafat 1940-90-cı illərdə Sovet və Nasist Almaniyasının işğalı zamanı silahlı və silahsız müqavimət iştirakçıları üçün nəzərdə tutulmuşdu.