Pilot-dalğa nəzəriyyəsi

Pilot-dalğa nəzəriyyəsiKvant mexanikasının fərqli bir təfsiri; bu nəzəriyyəyə görə, parçacıqlar müşahidə edilsə də müşahidə edilməsədə dalğa funksiyası tərəfindən istiqamətləndirilən bəlli pozisiyalara sahibdir.

Kvant fizikasındakı ölçmə problemini həll etmək üçün ilk dəfə Fransız fizik prins Louis de Broglie tərəfindən ortaya atılan bu nəzəriyyə daha sonra İngilis-Amerikan fizik David Bohm tərəfindən ölçmələri ehtiva edəcək şəkildə genişləndirildi. De Broglie-Bohm nəzəriyyəsi olaraqda anılan, gizli dəyişən nəzəriyyəsinin bilinən ilk örnəyi olan bu nəzəriyyəyə görə, pilot dalğası, cazibə kimi sahəsi içindəki bütün parçacıqları təsir edən adi güc sahələrinin əksinə, sadəcə bir parçacığa təsir edər. Hər parçacığın, kainatdakı bütün digər parçacıqların mövqeyini qavrayan sadəcə özünə aid xüsusi bir pilot dalğası var. Pilot dalğası xüsusi parçacığını güc tətbiq edərək yox, bir radar şüalanması kimi məlumat təmin edərək istiqamətləndirir.

Bu nəzəriyyə, yalnız bir fəza-zaman içində yer alır, lokal deyil, realistik və deterministikdir. Eyni anda bir parçacığın mövqe və sürətinin təsbiti hər vaxtkı müəyyənsizlik prinsipi çərçivələnməsinə tabedir. Şredinger dalğa tənliyinə görə gəlişən dalğa funksiyası əsla çökməz. Qeyri lokallığa uyan bir gizli dəyişənlər nəzəriyyəsi olan bu nəzəriyyə, Bell bərabərsizliyini təmin edər. Parçacıqların hər vaxt dəqiq pozisiyaları olduğundan ölçmə problemini həll etmişdir.