Şrödingerin pişiyi (ing. Schrödinger's cat) — Avstriyalı fizik Ervin Şrödinger tərəfindən ortaya atılmış, kvant fizikasıyla əlaqəli olan, haqqında bir çox müzakirələr aparılmış düşüncə təcrübəsidir. Adətən kvant mexanikası və Kopenhagen təfsiriylə əlaqəli olan bir paradoks olaraq bilinir.
Təcrübə, 1935-ci ildə ortaya atılmışdır və tamamilə nəzəri bir təcrübədir. Təcrübə, Şrödingerin Kopenhagen təfsiri və ümumi olaraq kvant fizikasında gördüyü bəzi problemləri açıqlayır. Bu təcrübə sonda ölü ya da diri ola biləcək xəyali bir pişiklə əlaqədardır. Pişiyin ölü ya da diri olması, müşahidədən əvvəlki təsadüfi bir vəziyyətin nəticəsidir.
Təcrübənin başlanğıcında qapalı bir qutunun içində canlı olan bir pişik var. (Qutunun içinin heç bir şəkildə müşahidə edilməməsi çox vacib bir məsələdir. Bunun səbəbi Kopenhagen təfsiridir.) Qurğunun tərkibi belədir: Parçalanma ehtimalı 50% olan bir radioaktiv maddə, radioaktivlik dedektoru və ondan asılı olan qapalı qabda zəhərli qaz. Maddə parçalanarsa dedektor işə düşərək qabı sıdıracaq və pişiyi öldürəcək zəhərli qazı havaya buraxacaq.
Buradakı vacib məsələ isə, parçalanma ehtimalının tam olaraq 50% olmasıdır. Bu şəkildə maddənin parçalanıb-parçalanmayacağı əvvəlcədən müəyyənləşdirilə bilməz. Nəticə olaraq pişik, qutu açılanda ya zəhərlənib ölmüş bir şəkildə görüləcək, ya da parçacıq parçalanmadısa diri olaraq görüləcəkdir.
Ancaq təcrübənin paradoks kimi tərif edilməsinin səbəbi nəticə deyil, təcrübənin müşahidə edilməyən mərhələsidir. Vacib olan məsələ, müşahidə edilmədən əvvəl qutunun içində nələr olduğudur. Qutu açılmadan, müşahidə edilmədən əvvəl pişik nə vəziyyətdədir? Ölüydümü yoxsa diriydimi? Kvant fizikasına görə həm ölü, həm diridir.
Qutu açıldığı anda müşahidəçi də iştirakçı olur. Kvant dilində bu vəziyyətə dalğa funksiyasının çöküşü deyilir. Yəni bir neçə ehtimaldan bir dənəsinə düşürülən vəziyyətdə müşahidəçi də kainata daxil olur.
Şrödingerin original məqaləsində təcrübə belə yazılıb:
"Yetərincə burlesk (mübaliğəli) olan hadisəni düzəltmək olar. Hansısa pişik polad kamerada digər cəhənnəm maşını ilə birgə (hansı ki, pişiyin birbaşa təsirindən qorunmuş olmalıdı) qapadılıb: Geyger sayğacının daxilində kiçik həcmdə radioaktiv məhlul yerləşir, stol böyük deyil, bir saat ərzində ancaq bir atom parçalana bilər, ancaq həmin eyni ehtimalla da ola bilər ki parçalanmasın; əgər bu baş verərsə, tutuşdurulmuş dəstək seyrəlir və rele işləməyə başlıyır, buraxılmış çəkic, içində güclü turşu olan kolbanı dağıdır. Əgər bir saatlığına bütün bu sistemi öz başına buraxsaq, deyə bilərik ki, pişik bu müddət ərzində sağ olacaq, belədirsə tezliklə atomun parçalanması baş verməyəcək. Atomun ilk parçalanmasındaca pişik zəhərlənərdi. Sistemin Dalğa Funksiyası, diri və ölü pişiyi bərabər payla özündə qarışdıraraq yaxud bulaşdıraraq (ifadəyə görə üzr istəyirəm) bütünlüklə bunu göstərəcək.
Tipik müvafiq hallarda o baş verir ki, birbaşa müşahidə yolu ilə kənarlaşdırıla bilən başlanğıcda atom dünyasıyla çərçivələnmiş müəyyənsizlik, makroskopik müəyyənsizlik şəklində dəyişir. Bu bizə "çökmə modelini" əks etdirilən reallıq kimi sadəlövlüklə qəbul etməyə mane olur. Öz-özlüyündə bu, qeyri-müəyyən olan və ya bir-birinə zidd olan heç nə bildirmir. Dəqiq olmayan ilə fokuslaşdırılmış foto arasında və buludların şəkli ilə duman arasında fərq var".