Pilzov çay xərçəngi (lat. Astacus pachypus) — Pulcuqluqanadlılar dəstəsinin növüdür. Məhdud areallı endemik növdür. Arealı Respublikamızın daxilindədir. Respublikamızın şirin sularında cinsin 2 növü yayılmışdır.
Pilzov çay xərçəngi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Pilzov çay xərçəngi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Orta ölçülü çay xərçəngidir. Karapaks yumurtavari olub, gözlərin arxasında və rostrumun əsasında tikancıqvari çıxıntılara malikdir. Baş – döş və qarıncıq yığcam, axımlı və silindrik formadadır. İri qısqacları var. Qısqacın hərəkətsiz tayının daxili səthində girinti-çıxıntı yoxdur, onun xarici səthi isə hamardır. Qısqacın barmaqları bir-birinə yaxınlaşarkən onların arasında, demək olar ki, boşluq qalmır. Rostrum qısa və enli olub, yaxşı inkişaf etmişdir. Çayların sanitarları olub, zooloji tədqiqatlarda və qida obyekti kimi əhəmiyyət kəsb edir.
Böyük Qafqazın cənub yamaclarındakı çaylarda – Qanıxçay, Talaçay, Girdimançay, Əyriçay, Göyçay çaylarında və onların qollarında rast gəlinir. Arealında hiss olunacaq dəyişilmə nəzərə çarpmır, sayı sürətlə azalır. Azsaylı növ olub, areal daxilindəki sularda hər 100 kv.m sahədə 1, nadir hallarda 2 fərdə rast gəlinir.
Yatağını iri daşlar örtən və arabir bitkilərdən ibarət adacıqlara malik olan və daimi suyu olan dağ çaylarının dağətəyi hissələri. Gecə həyat tərzi keçirir. Sutkanın işıqlı vaxtları daşların və bitki köklərinin altındakı yuvacıqlarda gizlənir. Ayrı cinsli heyvan olub, daxili mayalanmağa və birbaşa (düzünə) inkişafa malikdir. Dişi fərd yumurtalarını ayaqlarına (pleopod) yapışdıraraq gəzdirir. Digər çay xərçəngləri kimi bunlar da bitki və heyvani qidalarla (ölmüş heyvan cəsədlərinə üstünlük verir) qidalanır. 10 ilə qədər yaşayır.
Mühitdə oksigenin miqdarının azalması, çayların çirkləndirilməsi və onlar üçün əlverişli biotopun məhdudlaşdırılması.
Heç bir tədbir görülməmişdir və görülmür. Növün yayıldığı çayları antropogen təsirlərdən qorumaq, arealı daxilində həvəskar xərçəng ovunu qadağan etmək və çayların ilkin rejiminin bərpa olunmasını təmin etmək. Növün yayıldığı çaylarda xəbərdarlıq nişanları qoymaq və onların qorunan növ kimi təbliğini genişləndirmək.