Pindo dağı (qalis. Monte Pindo) — İspaniyanın Qalisiya muxtar bölgəsində yerləşən dağ. Əsasən qranitdən ibarət olub 627 m hündürlüyündədir. Dağın mifoloji əhəmiyyəti vardır.[1]
Pindo dağı | |
---|---|
qalis. Monte Pindo | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 627 m |
Yerləşməsi | |
42°53′19″ şm. e. 09°06′47″ ş. u. | |
Ölkə | İspaniya |
Əyalət | |
|
|
İspaniya Cəmiyyət Əhəmiyyətli Ərazi | |
Rəsmi adı | Carnota - Monte Pindo |
Tarixi | fevral 1999 |
İstinad nöm. | ES1110008 |
Vikianbarda əlaqəli mediafayllar |
Pindo dağı Kanota bələdiyyəsi yaxınlığında, Atlantik okeanı sahili boyunca uzanan sıra dağların bir parçasıdır. Bölgədəki dik yamaclar nəqliyyatı çətinləşdirir. Təbii sahələr qorunmuşdur. Dağdakı şəkilləndirilmiş qayalar "döyüşçü" adlandırılır.[1]
Dəniz quldurlarından qorunmaq məqsədi ilə X əsrdə dağda San Xurxo Sisnando Menedes qalası inşa edilmişdir. Qala Rodriqo Peres de Trabanın əlinə keçmişdir. 1467-ci ildə üsyan zamanı dağıdılmışdır.
İkinci dünya müharibəsi müddətində dağdan çıxarılan volfram silah istehsalı üçün Almaniyaya satılırdı.
Buraya 1745-ci ildə səyahət etmiş rahib Sarmiento gündəliklərində dağla bağlı əfsanələrdən bəhs etmişdir. Dağda keltlər tərəfindən oyulmuş "döyüşçü" (qalis. guerreiro) adlı qayalar vardır. Mifoloji əhəmiyyətinə görə dağ bəzən "Keltlərin Olimpi" adlandırılır.[1]
Dağ 1999-cu ilin fevralından Cəmiyyət Əhəmiyyətli Ərazidir. Bu 43 km2 ərazini (10 %-i su) əhatə edir və burada 49 növ ciddi qorunur.[2]