Volfram

74 tantalvolframrenium
Mo

W

Sg
Ümumi
Ad, İşarə, Nömrə volfram, W, 74
Qrup, Dövr, Blok 6, 6, d
Xarici görünüşü
Atom kütləsi 183.84 q/mol
Elektron formulu 4f14 5d4 6s2
Fiziki xassələr
Halı
Sıxlığı (0 °C, 101.325 kPa)
q/L
Ərimə temperaturu 3422 °C
(3695 K, 6192 °F)
Qaynama temperaturu 5555 °C
(5828 K, 10031 °F)
Elektromənfiliyi
Oksidləşmə dərəcəsi +2, +3, +4, +5, +6
Spektr =
İonlaşma enerjisi kCmol-1

Volfram (W) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 74-cü element. Ən yüksək ərimə temperaturuna malikdir. Söz alman mənşəlidir: Wolfram. Bu ad ilə mineral Almaniyada lap çoxdan məlum idi. Bu, dəmir-manqan qarışıq volframatdır xFeWO4 ∙ yMnWO4. Ağırlığına görə onu çox vaxt qalay filizi hesab edirdilər, amma, bu filizdən heç bir metal əridilmirdi. Mədənçilərin bu daha bir "şeytan" flizinə şübhəli münasibəti onun adında da əks olundu: Wolf almanca "canavar". Bəs "ram" nədir? Orta əsrlər alman dilində ram — "qrum", onda volfram — "canavar qurumu" deməkdir (volframit mineralı qara rənglidir və qara iz buraxır). Güman ki, Wolfram latınca lupus — "canavar" və spuma — "köpük" sözlərindən düzəlib. Təsadüfi deyil ki, alman geoloq və mineroloq Qeorq Aqrikola (1494–1555) bu mineralı lupi spuma — "canavar köpüyü" adlandırmamışdır (onun müasir adı volframitdir).

"Volfram" sözü alman və rus dilində var, ingilis və fransız dillərində isə bu addan yalnız W işarəsi qalıb, volframit mineralının a formullarının adlarında. Digər hallarda adətən bu elementin başqa adı — tungsten istifadə olunur. Nə vaxtsa Berselius ağır mineralı belə adlandırmışdır. 1781-ci ildə isveç kimyaçısı Karl Vilhelm Şeele (1742–1786) bu mineraldan volfram oksidi ayırmışdır. İsveç dilində tung sten — "ağır daş", metalın adı da buradandır. Yeri gəlmişkən, sonra bu mineral (CaWO4) alimin şərəfinə şeelit adlandırıldı.

  • Илья Леенсон. Язык химии. Этимология химических названий. Москва: Издательство АСТ: CORPUS, 2016, 464 c.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]