Pinkern (q.yun. πιγκέρνης, translit. pinkernēs) və ya epinkern (q.yun. ἐπιγκέρνης, translit. epinkernēs) — Bizans imperiyasında yüksək dərəcəli saray titulu. Titul əvvəlcə saray xədimlərinə, daha sonra isə adi insanlara verilirdi. Pinkern XIV əsrdə vacib insanlara verilən yüksək bir titula çevrilir. İmperatorluq pinkernlərinə əlavə olaraq patriarx və böyük feodolların saraylarında da pinkernlərin olduğu qeyd edilmişdir.[1]