Pinus firma var. jezoensis

Ayan küknarı (lat. Picea jezoensis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü.

Ayan küknarı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

İlk dəfə F.B.Fişer tərəfindən qeydə alınmışdır. Dəniz səviyyəsindən 400-1200 m hündürlükdə Uzaq Şərqdə dağ yamaclarında, Kamçatkada, Saxalində, Şimali Amerikada və Balkan dağlarında bitir. Çox vaxt qarışıq əkinlər əmələ gətirir. Ayan küknarı mənşəyinə görə çox qədim növdür. Hündürlüyü 40-50 m olan düz gövdəli, gözəl ağacdır. Çətiri düz, konusvarı, ucu bizdir. Gövdəsi tünd boz, hamar qabıqlıdır, yaşlaşanda yumrular şəklində tökülür. Digər növlərdən uzunluğu 1 sm-ə qədər olan hamar iynəyarpaqlarla fərqlənir. Uzunluğu 2 sm olan iynəyarpaqları hmaar, dişli, bir az əyri, ucu qısa, bizşəkilli, üstü tünd-yaşıl, alt tərəfi göyümtüldür. Zoğlara sıx bitişikdir, açıq sarı-qonur və ya sarı-yaşıldır. Qozaları açıq-qonur, oval-silindrik, uzunluğu 6,5 sm-ə qədərdir. Toxumları sentyabrın ortalarında yetişir. Qışa və kölgəyədavamlıdır. Cavan yaşda yaz günəşi yanıqlarına məruz qalır. Hava rütubətinin dəyişməsinə kəskin reaksiya verir, torpağa tələbkardır, bataqlaşmaya, torpağın tapdanmasına və kökətrafının bərkiməsinə dözmür. Cavanlıqda yavaş, sonradan orta səviyyədə böyüyür. Tuqay meşələrinə daxil olan qədim cinslərdən sayılır. Abşeronda və bir çox bölgələrdə tək və qrup əkinlərində məədni şəraitdə becərilir. Meşə-park əkinləri üçün qiymətli cinsdir. Səsin səviyyəsini effektiv azaldır. Mavi-göyümtül iynəyarpaqları olan bitkilərlə birlikdə qruplarla əkilir. Tozağacı və digər yarpaqlı cinslərin fonunda gözəl görünür.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Abies firma var. jezoensis (Siebold & Zucc.) Carrière
  • Abies jezoensis Siebold & Zucc.
  • Pinus firma var. jezoensis (Siebold & Zucc.) Endl.
  • Pinus jezoensis (Siebold & Zucc.) Antoine
  • Pseudotsuga jezoensis (Siebold & Zucc.) W.R.McNab

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]