Pinus heldreichii (lat. Pinus heldreichii) — Balkan yarımadası nın qərb hissəsində-dağlarda və Cənubi İtaliya da bitir. Hündürlüyü 20 m olan ağacdır. Bitmə şəraitindən asılı olaraq çətiri ensiz-konusvari formadan enli-şaxələnmiş və aşağı sallanmış formaya qədər dəyişilir. Gövdəsinin qabığı boz rəngdədir. Cavan budaqlarında iynəyarpaqları töküldükdən sonra üzərində rombvari yarpaq ayalarının izləri qalır. İynəyarpaqları tünd-yaşıl, sıx, cüt, cod, ucu bizdir,dəstədə 2 ədəd olmaqla zoğların uclarında yığılmışıdr. Zoğları qısa, möhkəmdir. Uzunluğu 12 sm-ə qədərdir. Erkək çiçək qrupları dəstələrdə yığılmış, qızıl-sarıdır. Qozaları uzunsov-yumurtavarı, cavanlıqda qara, uzunluğu 5-7,5 sm, qısa saplaqda yerləşir. Rəngi sarımtıl və ya qonurdur. Dərin, çox güclü kök sistemi vardır. İşıqsevəndir, soyuğa, quraqlığa, küləyə davamlıdır., yüksək temperatura, şəhər iqliminə dözür. Torpağa tələbkar deyil. Günəşli, quru, kasıb, zəif turşu, qələvili torpaqlarda yaxşı bitir. Susuzluğa və quraqlığa dözmür. Parlaq yaşıl, uzun, sıx iynəyarpaqları və açıq-boz qabığı bitkiyə dekorativlik verir. İri ağacların qış əkini effektivdir, bu ağaclar köçürülməni asanlıqla keçirir. Mədəni şəraitdə 1851-ci ildən istifadə edilir. Müxtəlif dekorativ formaları vardır: tipik (f.Typica); ağ qabıqlı (f. leucodermis). Hər iki forma qozaların qabıqlarının quruluşu ilə fərqlənir. “Kompakt Cem” (“Compact Gem”) hündürlüyü 3–5 m-ə qədər olan ağacdır. Yavaş böyüyür, işıqsevəndir. Torpağa az tələbkardır, rütubətə dözmür, əhəngli torpaqlarda yaxşı inkişaf edir. Soyuğa davamlı deyil. Abşeron da yeni salınan parklarda, bağlarda tək və qrup əkinlərində, daşlı təpəciklərdə rast gəlinir və mədəni şəraitdə becərilir.
Heldreyx şamı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Heldreyx şamı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|