Roksburq şamı (lat. Pinus roxburghii) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Roksburq şamı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Roksburq şamı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Roksburq şamı ağacdır, 20–50 m hündürlüyündə, hündür və düz dirək gövdənin diametri 70–100 sm olur. Çətiri böyükdür, simmetrikdir, dəyirmidir və ya işıqlı geniş ehramvarıdır. Gövdə qabığı cavan ağaclarda tünd-boz, yaşlılarında isə bozumtul-tünd-qonuru, dərin şırımlı, 1 sm qalınlığında, lövhəlidir, iri çoxbucaqlı lövhəciklər şəklində tökülürlər, daxili qabıq qırmızımtıl-qonuru rənglidir. Budaqları yoğundur, əyiləndir. Zoğları açıq-qonuru, tək buğumlu, budaqcıqların ucu yuxarıya qalxandır. Tumurcuqları iridir (5–11 mm), pulcuqları qısılandır (yumulandır), uzunsov yumurtavarıdır, qonurudur, uzun saçaqlı pulcuqludur. İynəyarpaqları budaqların ucuna toplanandır, yoğundur, genişdir, uzanandır, at yalına bənzər sallanandır, yumşaqdır, 15–35 sm uzunluğundadır, parıldayandır, açıq-yaşılıdır, üçküncdür, bayırdan dərinləşən və tirlidir, qabarıqdır, borular 2 dəstəli, qatran yolları epidermisdədir, hər bir dəstədə 3 ədəd iynə olur, qını 18 mm-dən uzundur, tökülmür, pulcuqları saçaqlıdır. Qozaları tək-təkdir, çox qısa ayaqcıqlıdır və ya oturaqdır, uzunsov-yumurtavarı və ya konusvarıdır, uzanan və ya əyiləndir, 10–20 sm uzunluqda, 6–7 sm enindədir, sarımtıl-qonuru və ya tünd-qəhvəyi rənglidir, uzun müddət açılmır, qalın sıx oduncaqlı pulcuqludur. Toxum pulcuqları yoğundur, güclü burulmuş şişkindir. Qalxancıq demək olar ki, rombvarıdır, hündür ehramvarı şişkindir, qozanın əsasına doğru qozbelvarı əyiləndir, göbəkciyi kiçikdir, azacıq əyilən, demək olar ki, yastıdır. Toxumları 10–15 mm uzunluğunda, 8–10 mm enindədir, uzun (25–30 mm) tünd-boz qəhvəyi rəngli qanadlıdır, ellipsvarıdır, yastıdır, açıq-boz rənglidir, iti kənarlıdır, qabığı nazikdir, qanadı bitişikdir, əyridir. Cücərtilərinin ləpəaltı hissəsi yaşıldır, kök boğazına yaxın hissədə isə çirkli-qəhvəyi rənglidir, 20–30 mm uzunluqda, 2,0–2,5 mm enindədir. Ləpələr 10–12, bəzi hallarda isə 14 ədəd ola bilir, parlaq-yaşıldırlar, 40–50 mm, bəzən isə 60 mm uzunluqda, 1,0–1,5 mm enində olurlar, ucdan sivridirlər, en kəsiyi yastı-qabarıqlıdır, qabırğaların üzərində ağ rəngli, qısa, seyrək və yuxarıya qalxan tikancıqlar vardır. İlk yarpaqları göyümtül-yaşıl rənglidir, 30–50 mm uzunluqda, 0,5 mm-dən çox enindədir, sıx kiçik tikancıqlıdır. Cücərtilər birinci il 8–10 sm hündürlüyündə olur.