Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
"Casus" romanının uğurlarından sonra Kuper daha böyük həvəslə milli Amerika romanları yazmaq qərarına gəlir və "Pionerlər" adlı əsəri üzərində işləməyə başlayır. İlk dəfə olaraq bu romanın səhifələrində sonradan Dəri Corab, Vəhşi heyvan ovçusu, Şahingöz, Uzun Karabin və Ləpirçi ləqəbləri ilə tanınacaq "ağ adam" Nataniel (Natti) Bamponun və onun "qırmızı dərili" hindu dostları Çinqaçkuk, onun oğlu Unkas göründü. Müəllif bu romanı yazarkən heç özü də bilmirdi ki, bu əsərin mövzusu gələcəkdə onun yazacağı və beş romandan ibarət olacaq "Dəri Corab" pentalogiyasının əsasını təşkil edəcəkdir. 1823-cü ildə Amerikanın və İngiltərənin kitab bazarına daxil olan "Pionerlər" romanı o dəqiqə satılıb qurtarır.
Pionerlər | |
---|---|
ing. The Pioneers, or The Sources of the Susquehanna; a Descriptive Tale | |
Müəllif | Ceyms Fenimor Kuper |
Orijinal dili | ingilis dili |
Yazılma ili | 1823 |
Nəşr ili | 1823 |
Sonrakı | Sonuncu Mogikan |
Vikianbarda əlaqəli mediafayllar |
Bu romanda avtobioqrafik üsnürlər çoxdur. Belə ki, müəllifin özünün də dediyi kimi, bu romanda təsvir olunan hadisələrin cərəyan etdiyi məkan, burada iştirak edən qəhrəmanlar və personajlar yazıçıya çox yaxşı tanış idi. Bu çox güman ki, onun atası Uilyamın ilk vaxtlar yaşadığı və onun özünün də uşaqlıq illərini keçirtdiyi yerlər olmuşdur. Hətta, tənqidçilərin dediyinə görə, əsərin qəhrəmanlarından biri hakim Marmadiyuk Templ çox güman ki, Uilyamın prototipidir. Hər halda, romanda təsvir olunan əsas qəhrəmanların əksəriyyətini - hakim və onun qızını, Edvardsı, şerif Riçardı və nökər Bencameni yazıçı hələ uşaq yaşlarından çox yaxşı tanıyırdı.
Bu əsərdə sırf amerikalı qəhrəmanları olan Hiram Dultitl və həkim Elnatan Todd obrazları uzun müddət qızğın mübahisələrin obyekti olmuşdur. Xüsusilə də prototipi müəyyən olunmamış belə qəhrəmanlardan biri də bu əsərdə elə də əhəmiyyətli yer tutmayan, ancaq xüsusilə diqqəti tez cəlb edən məşhur Dəri Corab ləqəbli Nataniel Bampo olmuşdur. Bu obraz Kuperin kəşfi idi və təsadüfi deyil ki, qeyri-adi mərdanə xasiyyətlərə malik olan, hədsiz dərəcədə ədalətli və namuslu, yüksək insani keyfiyyətləri ilə tanınan bu obraz sonralar yazıçının şah əsər hesab olunan "Dəri Corab" silsilə romanlarının baş qəhrəmanı oldu.
Romanda hadisələr unudulmuş Templtaun şəhərində cərəyan edir. Bu şəhər Avropanın müxtəlif ölkələrindən köçən ailələri qoynuna almışdı. Burada "Vəhşi Amerika" ilə "Mədəni Avropa" qarşı-qarşıya dayanmışdır. Vəhşi sayılan hindilər idi, mədəni sayılan isə avropalılar idi. Ağdərili müstəmləkəçilər məhz bu prinsip əsasında hindi qəbilələrinə basqınlar edir, onların kökünü kəsməyə can atırdılar.
Kuper "Pentalogiya"-ya daxil olan romanlarındakı hadisələri də məhz bu konflikt üzərində qurmuşdur.