Pir Həsən

Pir HəsənQaraqoyunlu hökmdarı.

Pir Həsən
bayraq
Qaraqoyunlu hökmdarı
1389 – 1391
ƏvvəlkiQara Məhəmməd
SonrakıQara Yusif
Şəxsi məlumatlar
Vəfat tarixi
Atası Hüseyn bəy
Uşağı Hüseyn

1389-cu ildə Qara Məhəmmədə qarşı üsyan qaldırdı. Tərəflər arasında baş vermiş döyüşdə Qara Məhəmməd həlak oldu. Qara Məhəmməd üzərində qələbəsinə baxmayaraq Qaraqoyunlu əmirləri onun yox, Qara Məhəmmədin oğlu Misir xocanın ətrafında toplaşdılar. Daha sonra Qara Məhəmmədin digər oğlu Qara Yusif Pir Həsənə qarşı Mardin hökmdarından və digər qonşu hökmdarlardan kömək istədi. Lakin Cəbər hakimi Döyər Salim bəyin müdaxiləsi ilə tərəflər arasındakı münaqişə sona çatdı.[1][2]

Pir Həsən bəy 1391-ci ildə vəfat etdi.[1]

  1. 1 2 islamansiklopedisi.org.tr. "Karakoyunlular" (türk). Faruk Sümer. 2001. 2018-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2021.
  2. anl.az. "Azərbaycançılıq və dövlətçilik tarixində Azərbaycan Qaraqoyunlu dövlətinin rolu və yeri" (az.). Vahid Ömərov. 26 sentyabr 2012. 2022-03-28 tarixində arxivləşdirilib.