Piramidalar döyüşü 1798-ci il iyul ayının 21-də Misirdə Napoleonun komandanlığı altında olan fransız ordusu ilə yerli məmlük qüvvələri arasında baş vermiş olan müharibədir.[1]
Piramidalar döyüşü | |||
---|---|---|---|
Fransa İnqilabi Müharibələri | |||
Tarix | 21 iyul 1798 | ||
Yeri | Qahirə, Misir | ||
Nəticəsi | Fransa qələbə qazandı | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
1789-cu ildə baş vermiş olan Böyük Fransa inqilabından sonra yaradılmış olan direktoriya hökuməti inqilabi müharibələrin qəhrəmanı olan gənc general Napoleonu özünə hərbi məsləhətçi götürmüşdü. Napoleon Avropa üzərində hökmranlığın açarı kimi İngiltərənin Hindistana gedən yolunu kəsməyi və Fransanın yeni mənbələr axtararaq tapmağı təklif etmişdi. Bu yanaşmanı inqilabi hökumət də dəstəkləmiş və Napoleona səlahiyyətlər verilərək ona ekspedisiya hazırlıqlarına başlaması tapşırığı verilmişdi. Bütün hazırlıqları başa çatdırdıqdan sonra təxminən 30 min nəfəri daşıyan 400 gəmilik fransız donanması 19 may 1798-ci ildə Aralıq dənizindən səfərə başlamışdır. İyul ayının 1-də İsgəndəriyyəyə çıxan ordu bir neçə həftəlik səyahətdən sonra Aralıq dənizində olan ingilis donanmasından da yan keçməyi bacarmışdı. Vaxt itirmədən müdafiəsi zəif təşkil edilmiş olan İsgəndəriyyə şəhəri ələ keçirilir. Misir Osmanlı hakimiyyəti altında imtiyazlı bir vilayət olub, idarə etməsində keçmiş Məmlük hərbi zabitləri də iştirak edirdi. Fransız ordusu İsgəndəriyyədə kiçik bir qarnizon buraxaraq buradan ayrılmış və yuxarıya - cənub istiqamətində hərəkət edərək Misirin ürəyini - Qahirəni tutmaq istəyirdi. Bu hərbi əməliyyat ordunun üç fərqli qola bölünməsi ilə həyata keçirilmişdi. Birinci qola şəxsən Napoleonun özü, ikinci qola general Duqua komandanlıq edirdi və sonuncu kolon isə Rosettadakı Nil donanması ilə görüşərək irəliləməli idi. Birinci kolon ən qısa yolla hərəkət etsə də, onun marşrutu əsasən səhra ərazisindən keçdiyi üçün müntəzəm olaraq bədəvilərin hücumlarına məruz qalırdı və eyni zamanda da aclıqla mübarizə aparırdı. Duquanın kolonu da bir qədər uzun, lakin daha hamar yoldan istifadə edirdi. Ramaneh ərazisində, donanma yolu ilə gələnlər və Napoleonun komandanlığı altında olanlar birləşirlər, daha bir neçə gündən sonra isə uzun, lakin nisbətən daha az nahamar yoldan istifadə edən Duquanın kolonu da digər iki kolona qoşulur. Bütün qolların birləşməsindən sonra ordu Nil çayının qərb sahilləri ilə cənuba doğru hərəkət etməyə davam etmişdir. Ordunun məhz bu formada hərəkət seçiminin əsas səbəbi birbaşa düşmən hücumlarının qarşısını almaq üçün özləri ilə düşmən arasında məsafə saxlamaq istəyi idi. İyul ayının 13-də fransız ordusu Şubra əl-Hit ərazisində birinci Məmlük ordusu ilə qarşılaşmışdır. Nəhayət Piramidalar döyüşündə yerinə yetiriləcək döyüş əmri burada məşq edilmişdir (diviziya miqyasında kvadrat döyüş forması). Fransız ordusu asan bir qələbə əldə edərək yoluna davam etmişdir. Daha sonra fransızlar Qahirə yaxınlığınd olarkəna Murad bəyin başçılığı altında olan məmlük ordusu Giza piramidalarından 25 km aralıda öz mövqeyini tutmuşdu. Hətta, fransız mənbələrinin vermiş olduğu məlumatlara görə, Napoleon bu nöqtədə ordularına məşhur bir xitabını etmiş və əsgərlərinə Soldats, songez que, du haut de ces pyramides, quarante siecles d'histoire vous contemplent (Əsgərlər! Piramidaların üstündən 40 əsr sizə baxır) demişdir.[2] Orduların vəziyyətinə gəlincə isə, fransız mənbələrinin vermiş olduğu məlumata görə, məmlük qüvvələri 40 min məmlük əsgərindən ibarət idi, lakin Məmlük ordusu yığma və nizamsız bir ordu idi, fransız ordusu isə 25 min əsgərdən ibarət idi və bu ordu odlu silahlardan istifadə edə bilən nizam-intizamlı hissələrdən ibarət idi.[1]
Yuxarıda qeyd edildiyi birinci döyüşdə olduğu kimi, Napoleonun piramidalar döyüşündəki döyüş nizamı hər diviziyanın bir kvadrat hissə təşkil etməsi, kvadratların kənarlarının isə 6 sıra piyadalardan ibarət olması məlumdur. Artilleriya dəstəyi isə bu diviziyaların künclərinə yerləşdirilmiş və bununla da bütün istiqamətlərdə atəş gücü təmin edilmişdi. Kvadratların mərkəzi hissələrində süvarilər, həmçinin də odlu silahların ehtiyacı olan sursatlar və lazımi ləvazimatlar yerləşdirilmişdi. Napoleonun bu sistemləri səyyar qala kimi yüksək atəş gücü və manevr qabiliyyəti ilə döyüşdə əhəmiyyətli fərq yaratmışdır. Müharibənin qısa davam etməsi və məmlüklərin az itki ilə darmadağın edilməsi bu üstünlüklərin nəticəsi idi.[3] Qoşunlar çayın qərb sahilində Giza piramidalarının yanında yerləşdikləri halda, Məmlük sərkərdəsi Murad bəyin müavini olan İbrahim bəy də ordusu ilə Nil çayının şərq sahilində yerləşmişdi, lakin o və ordusu elə bu mövqedəcə passiv bir formada qalacaqdılar. Napoleonun əmri ilə iyulun 21-də gecə yarısı fransız ordusu düşmənlə qarşılaşmaq üçün yürüşə başlamışdır. Qahirə yaxınlığındakı Embaba şəhərinə çatanda Napoleon ordusuna səngərlər qazmağı və istehkamlar hazırlamağı əmr etmişdir. Təxminən 21 iyul 1798-ci ildə günorta saatlarında Məmlük qüvvələri ümumi bir hücuma keçmişdirlər. Fransızlar kvadrat sistemə keçərək düşmən hücumuna cavab verirlər və mərkəzdə yerləşmiş olan qüvvələr tam müdafiəyə keçərək düşmən hücumunu dayandırdıqları halda; cinahlardakı kvadrat formalı diviziyalar qabağa doğru hərəkət edərək ordunun aypara forması almasına zəmin hazırlamış və qeyri-mütəşəkkil Məmlük qüvvələri tez bir zamanda məhv edilmişdirlər. Müharibədən sağ çıxmış olan və hərbi nizamı pozularaq qaçan Məmlük ordusunun qalıqları isə Nil çayına qovulmuş və burada da boğularaq öldürülmüşdürlər.[1]
Cəmi bir neçə saat davam etmiş olan döyüşdə 6000-dən çox məmlük əsgəri öldürülmüş və Murad bəy gəmiləri yandırdıqdan sonra döyüş meydanından qaçmışdır. Yanan gəmilərin tüstüsünü görən Qahirə camaatı təşvişə düşərək xaos yaratmış və bunun nəticəsində məmlüklərin muzdla tutmuş olduqları bərbər muzdluları da talan və qırğınlarla məşğul olmuşdurlar. Bu hakimiyyət itkisi nəticəsində İbrahim bəy də Osmanlı valisi ilə birlikdə şərqə qaçmışdır. Müharibədən sonra Napoleon yeni nizam yaratmaq üçün yerli məmlük bəyləri ilə görüşlərə başlamışdır. Həmçinin də, müharibədən qısa bir müddət sonra Nil döyüşündə İngilis admiralı ilan Horatsio Nelson Fransa donanmasına hücum təşkil edərək yandırmışdır.[1]