Piri Torpağı

Piri Torpağı (dan. Peary Land) — Yarımada Qrenlandiyanın şimal qutaracağında Viktoriya-Ford və İndependes-Ford körfəzləri sahillərində yerləşir. Yarımada şimalından Linkoln dəniziŞimal Buzlu okeanın suları yuyur. Yarımadanın qərbdən şərqə uzunluğu 375 km təşkil edir. Ərazi dağlıqdır və ən hündür zirvə 1920 m təşkil edir. Sahilləri parçalıdır və fiordlarla zəngindir. Ən iri fiord Frederik-Hayd-Frorddur. Qərb sahillərində buzlaqlar vardır. Yarımadada Qrenlandiyanın ucqar şimal nöqtəsi olan Morris-Cesul burnu yerləşir.

Piri Torpağı yarımadası
Yerləşməsi
82°38′ şm. e. 32°30′ q. u.
Akvatoriya Linkoln dənizi, Şimal Buzlu okean
Ölkə  Qrenlandiya
Piri Torpağı yarımadası xəritədə
Piri Torpağı yarımadası
Piri Torpağı yarımadası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yarımada ABŞ qütb araşdırmaçısı Robert Pirinin şərəfinə adlandırılmışdır. O bu ərazini 1900-cü ildə araşdırmışdır.