Pirin-Fiat — Bolqarıstanın Loveç şəhərində yerləşən Balkan zavodunda 1966–1971-ci illərdə istehsal edilən avtomobil markası.
1950–1960-cı illərdə Varşava Müqaviləsi Təşkilatı ölkələri avtomobil sənayesinin inkişafını sürətləndirmək yollarını axtarırdılar. Əsas istiqamət avtomobil istehsal edən zavodların inşası idi. FIAT şirkəti İtaliyadan kənarda avtomobil istehsalının təşkilində təcrübəyə malik olduğu üçün bu ən açıq tərəfdaş hesab edilirdi. 1965-ci ildə Fabryka Samochodów Osobowych şirkətinin bazasında polyak Fiat 124p yığılmağa başlamışdır. 20 iyul tarixində isə SSRİ ərazisində "AvtoVAZ" zavodunun inşasına başlanılır. bolqarıstanında da bu proses güçlənir. 26 sentyabr 1966-cı ildə Bolqarıstan hökumətinin rəhbərliyində olan "Balkankar" və İtalyanın FIAT[1] şirkəti arasında müştərəf fəaliyyət sayəsində müqavilə imzalanır.
Tərəflərin razılığın əsasən FIAT avtomobilin qiymətinin 40% -dək komponentlərin istehsalı üçün avtomobilin yığılmasının inkişafını təmin etməlidir. Ödəniş Barter vastəsi ilə Bolqarıstan xarici ticarət təşkilatı vasitəsilə həyata keçirilmişdir[1].
3 mart 1967-ci ildə Turində (İtaliya) Fiat 850 sedan və kupe, Fiat 124 sedan və Fiat 124 universal yüngül avtomobillərin yığılması barədə müqavilə imzalanır[1].
10 may 1967-ci ildə Fiat 850 markasının ilk 18 avtomobil dəsti "Balkan" zavoduna gətirilir. Quruluşu mənimsəmişdən çox sonra, Loveçdə yığılmış italyan avtomobilinə yerli ad verməyə qərar verildi. Beləliklə Bolqarıstanın cənub-qərbindəki Pirin dağlarının şərəfinə qeyri-rəsmi olaraq "Pirin" adı verilir.
27 iyun 1967-ci ildə "Balkan" zavodundan ilk Fiat 850 istehsal edilərək satışa göndərilir[1].
12 mart 1968-ci ildə ilk Fiat avtomobilləri 2A standartına uyğun olaraq yığılır və 2 aprel isə FIAT-ın Sofiyada rəsmi nümayəndəliyi açılır. Standart 2A üzrə Fiat 850-nin istehsalına 4 aprel 1968-ci ildə başlanmışdır[1].
1971-ci ildə Fiatla imzalanmış müqavilənin vaxtı bitir. Ancaq yenilənmə baş vermir. Loveçdə yığılmış son Fiat 850 modeli 1971-ci ilin sentyabrında zavodu tərk edir.
İstehsal edilən avtomobillərin ümumi həcmi 758 ədədi təşkil edib[1].