Bu məqalə qaralama halındadır. |
Piroklastik süxur - sülb vulkan püskürmə məhsullarından ibarət olan litifikasiyaya uğramış qırıntılı süxur. Piroklastik süxurun əsas göstəricisi onun müvafiq vulkan püskürməsilə sinxron olmasıdır. Piroklastik süxur termini kövrək, bərkimiş, bişmiş və sementlənmiş süxurlara tətbiq olunur. Növləri: vulkan aqlomeratı, vulkan külü, vulkan tufu, tufobrekçiya. Sinonim: Atrogen, Deyeksion süxur, Piroklastit.
Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.