Vulkan püskürməsi

Müxtəlif püskürmə tipləri

[1]Vulkan püskürməsi — Yerin mantiyasından "maqma" (yunanca "maqma" qatı maz deməkdir) adlanan ərimiş maddələrin səthə çıxmasıdır. Lakin bütün püskürmələr eyni deyildir. Onların bəziləri nisbətən sakit baş verir, bu zaman duru maqma səthə çatır və onun üzərinə lava axımları ilə püskürərərək böyük məsafəyə yayılır. Digər püşkürmələr isə sakit lava axımları ilə yanaşı, dalbadal partlayışlarla d[2] a müşahidə olunur. Bəzi hallarda isə püşkürmə yalnız bir güclü partlayışla məhdudlaşır. Ona görə də Vulkan püskürməsindən bir şəhər də məhv olub.

Püskürmənin təbiəti maqmanın xüsusiyyətlərində - onun temperaturundan, tərkibindən və qazların miqdarından asılıdır. Bu baxımdan qazlar xüsusilə əhəmiyyət daşıyır. Çünki onlar maqmada böyük təziq altında olur. Maqmanın daşıyıcı kanalla yer səthinə qalxdığı zaman aşağı təziqli sahəyə düşdükdə öz həcmini dəfələrlə artıran həll olunmuş qazlar maqmadan ayrılmağa başlayır. Bu ayrılma (qazsızlaşma - deqazasiya) çox tez və ya ani surətdə başa çatırsa, bu zaman güclü partlayış, qazsızlaşma tədricən gedirsə, püskürmə xeyli sakit baş verir. Beləliklə, demək olar ki, istənilən vulkan püskürməsi elə maqmanın qazsızlaşma prosesi kimi başa düşülməlidir. Məhz maqmada ərimiş maddələrdə tutulub saxlanılan qazlar püskürməni doğuran " hərəkətverici" qüvvədir.[3]

Püskürmə tipləri

[redaktə | mənbəni redaktə et]

Maqmadan qazların ayrılma qaydasına və sürətinə görə püskürmələrin üç başlıca tipi fəqləndirilir. Maqmanın nisbətən sakit qazsızlaşması prosesi zamanı səthə püskürən materiallar lava axımları əmələ gətirir. Belə püskürmə effuziv (latınca "effusio" - tökülmə deməkdir.) adını almışdır. Maqmadan qazlar sürətlə qayrıldıqda maqma ani anda qaynayır və genişlənən qaz qabarcıqlarının təsirindən parçalanır. Güclü eksploziv (latınca "explosio" - partlayış deməkdir) püskürmə baş verir. Əgər maqma çox qatıdırsa və onun temperaturu yüksək deyilsə, bu zaman o tədricən sıxılaraq səthə çıxarılır və ekstruziv (latınca "extrsuio" - itələmə adlanır) püskürmə baş verir.[4] Bu və ya digər vulkanın fəaliyyəti dövründə püskürmənin hansı tipinin daha aydın ifadə olunmasını əsas götürərək püskürmənin aşağıdakı tipləri fərqlənir.

Havay tipli püskürmə

[redaktə | mənbəni redaktə et]
Havay tipli püskürmə 1 - Püskürülən kül 2 - Lava fontanı 3 - Krater 4 - Lava gölü 5 - Fumarol 6 - Lava axını 7 - Lava və kül qatları 8 - Süxur qatlar 9 - Sill 10 - Maqmatik kanal 11 - Maqmatik kamera 12 - Dayka

Alçaq fəvvarələr, böyük qabarcıqlar və nazik geniş sahəli örtüklər əmələ gətirən çox duru bazalt lavasının nisbətən zəif axımlarıdır. Onlar biri-birinin üzərinə qat-qat yığılaraq iri, lakin yastı qalxanvarı vulkanlar əmələ gətirirlər. Püskürmənin lava fəvvarələr ilə baş verməsi, onun sıçratmaları səbəbindən əsas konusun ətrafında maqmadan bəndlər yaranır. Belə təbiətli püskürmələr Sakit okeanın Havay adalarının çoxsaylı vulkanları ( Kilauea, Mauna-Loa, Mauna-Kea və s.) üçün səciyyəvidir. Açıq vulkan boğazından püskürmə adətən sakit, bəzən isə zəif partlayışlarla baş verir.[5]

İslandiya püskürmə tipi

[redaktə | mənbəni redaktə et]

Daha çox bazalt tərkibli dərinlik silikat süxurlarında müşahidə olunur. Bu tip üçün uzun çatlar və axmış lava həcminin 10 km³, sahənin isə 100 km² olması xarakterikdir. Duru maqma zəif fəvvarə vurduqda çat üzərində alovlu örtük əmələ gətirir. Belə vəziyyətə İslandiya vulkanlarında daha tez-tez təsadüf olunur. Püskürmə inkişaf etdikcə çat tədricən bağlanır və püskürmə azalma istiqamətində inkişaf edir, o çoxsaylı, sonra isə ayrı-ayrı vulkan boğazlarında toplanır.

Örtük bazaltların ən çox diqqəti cəlb edən püskürməsi 1783-cü ildə İslandiyada 25 km uzunluğa malik Laki çatından baş vermişdir. Vulkanın fəallığının bitmə dövrü ərzində çat boyu on metrlə hündürlüklü 100 -dən çox şlak konusu əmələ gəlmişdir. Bu zaman çoxlu miqdarda kükürdlü qaz ayrılmışdır.

Strombolian püskürmə tipi

[redaktə | mənbəni redaktə et]
Strombolian tipi 1 - Püskürülən kül, 2 - Lapili, 3 - Vulkan külünün tökülməsi, 4 - Lava fontanı, 5 - Vulkan bombası, 6 - Lava axımı, 7 - Lava qatı, 8 - Lay, 9 - Dayka,10 - Maqma kanalı, 11 - Maqmatik kamera, 12 - Sill.

Tirren dənizinin cənub-şərqində İtaliya sahillərində yerləşən Stromboli vulkanının fəaliyyətinin səciyyəvi xüsusiyyətlərinə əsaslanaraq adlandırılmışdır. Belə püskürmə ritmli olur, havaya vaxtaşırı vulkan "bomba"ları (iri bərk qırıntılar) və tuflar (sementləşmiş kövrək süxurlar) atılır. Qazlar vulkan boğazının kənarında nisbətən duru maqmadan ayrıldığından tullantıların hündürlüyü bəzən 100 - 300 metrdən çox olur. Maqmanın miqdarı çox olarsa, onda o, lava axınları şəklində axmalar verir. Strombolian tipli püskürmə, adətən, şlak konuslar əmələ gətirir.[6]

Vulkan püskürmə tipi

[redaktə | mənbəni redaktə et]

Qazlarla zəngin özlü (qatı) maqma vulkan tipli (Vulkan adasına görə adlandırılmışdır) püskürmənin xüsusiyyətlərini təyin edir. Bu tip vulkan püskürmələri üçün lava qırıntılarını çox yüksəyə tullayan mülayim və güclü partlayışların, tuf, kül və qaymalı vulkan konuslarının olması səciyyəvidir. Vulkan tipli püskürmə zamanı, adətən, lava axınları olmur. Roma od allahı Vulkanın şərəfinə adlanan Vulkan adasının özü Siciliyanın şimal sahilində yerləşir.[7]

Pele peskürmə tipi

[redaktə | mənbəni redaktə et]

Mon-Pele vulkanının adına görə adlandırılıb. Təkcə güclü partalayışlarla deyil, həm də vulkan yamacı boyu çox böyük sürətlə aşağıya şığıyan qaz-kül uçqunlarının əmələ gəlməsilə də müşayiət olunur. Maqma, bir qayda olaraq, özlü və nisbətən aşağı temperaturlu olduğundan vulkanın boğazını tıxaclayır və qazın təziqi bu tıxacın möhkəmliyindən yüksək olduqda vulkan tipli partlayış və lava tullantısı baş verir. Bu tipli püskürmələr son dərəcə qorxuludur.

Plinian püskürmə tipi

[redaktə | mənbəni redaktə et]
Plinian tipi 1 - Kül püskürməsi, 2 - Maqmatik kanal, 3 - Vulkan külü yağışı, 4 - Lava və kül qatı, 5 - Süxur qatı, 6 - Maqmatik kamera.

Çox geclü vulkan tipli püskürmədir. Qəflətən baş verən partlayışlar, onların ardınca gələn və uzun müddət davam edən kül və pemza tökülmələri vulkanın kraterindən qazlarla zəngin, özlü maqm bAKIanın qalxması ilə əlaqədardır. Qaz qabarcıqları genişlənərək maqmanı parçalayır, köpükləndirir və pemza hissəsi (məsaməli vulkanik süxur) külək vasitəsilə uzaqlara aparılan şüşəli kül əmələ gətirir. Yuxarı atılan qaz-kül buludu bir neçə kilometr yüksəklikdə müxtəlif istiqamətə yönəlir. Pilinian püskürməsi nəticəsində vulkan konusunun zirvəətrafı hissəsi dağılır sərt yamaclı qazanvari çökək - kaldera (ispanca - böyük qazan) əmələ gəlir. Sonradan kalderada çox özlü maqmadan ibarət ekstruziv günbəz yaranır. Məhz belə vəziyyət 1979-cu ildə Vezuvi, 1956-cı ildə Adsız (Kamçatka) vulkanlarında baş vermişdir. Plinian peskerməsi öz adını Vezuvinin püskürməsi zamanı həlak olmuş Roma təbiətşünası və siyasətçisi Böyük Pliniyin şərəfinə almışdır.[8]

Qaz püskürmə tipi

[redaktə | mənbəni redaktə et]

Xüsusi püskürmə tipinə aid edilir. Belə püskürmələrdə, demək olar ki, lava axımları müşahidə olunmur, ancaq partlayışlar zamanı atılan qırıntılarda yalnız vulkan boğazları bünövrəsinin süxurları iştirak edir. Əgər maqma yer səthinə yaxın əraziyə qalxarsa, o ayrı-ayrı hallarda su ilə təmasda ola bilir və su bu zaman buxara çevrilərək yuxarı istiqamət götürür, və bu zaman diametri on və yüz metrlərlə ölçülən qıflar əmələ gəlir.

  1. (#empty_citation)
  2. (#empty_citation)
  3. Uşaqlar üçün Ensiklopediya. GEOLOGİYA. Bakı, "Şərq-Qərb", 2008, 712 səh. s.80-84. ISBN 978-9952-34-196-6
  4. http://booksshare.net/index.php?id1=4&category=geology&author=yakushova-a-f&book=1988&page=140 Arxivləşdirilib 2022-06-29 at the Wayback Machine Якушова А. Ф., Хаин В.E., Славин В. И. Общая геология. Под редакцией В. Е. Хаина. стр. 140. Классификация вулканических извержений. — M.: Изд-во МГУ, 1988. — 448 c.ISBN 5-211-00131-1
  5. "How Volcanoes Work: Hawaiian Eruptions". San Diego State University. 3 March 2001 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 August 2010.
  6. Mike Burton; Patrick Allard; Filippo Muré; Alessandro La Spina. "Magmatic Gas Composition Reveals the Source Depth of Slug-Driven Strombolian Explosive Activity". Science. American Association for the Advancement of Science. 317 (5835). 2007: 227–30. Bibcode:2007Sci...317..227B. doi:10.1126/science.1141900. ISSN 1095-9203. PMID 17626881. 14 January 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 July 2010.
  7. Cain, Fraser. "Vulcanian Eruptions". Universe Today. 31 March 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 August 2010.
  8. Donald Hyndman, David Hyndman. Natural Hazards and Disasters. Cengage Learning. April 2008. 134–35. ISBN 978-0-495-31667-1. 27 June 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 August 2010.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]