E.ə 5 əsrdə Qədim Romanın iki əsas zümrəsi arasında baş verən mübarizə. Bu plebsin iqtisadi, ədliyyə və siyasi haqları uğrunda mübarizəsi idi. Patrisiat bu vəziyətdə öz haqlarını bölüşməmək məqsədi güdürdü, lakin o müəyyən kompromislərin qaçılmaz olmasını anlayırdı, çünki plebs romalı qoşunun əsas hissəsini təşkil edirdi. Beləliklə bu həm Romanın daxili həm də xarici siyasətinin gələcəyini müəyyən edən çox vacib bir məsələ idi.
Plebslə patrisiatın mübarizəsi hələ çar dövründən başlayıb, ama xüsusi ilə erkən respublika dövründə kəskinləşdi. Mübarizə üç əsas maddə ətrafında inkişaf edirdi: aqrar məsələ, borc məsləsi və siyasi hüquqlar. Əhalinin mütləq əksəriyəti üçün torpaq yaşamaq üçün yeganə vasitə idi. Xüsusi paylardan (adətən iki yuqer) başqa, torpaq vətəndaş kollektivinə məxsus idi və ayrı-ayrı vətəndaşlar tərəfindən icarə olunurdu. İçtimai torpağın aslan payı(ager publicus)patrisiat tərəfindən icarə olunurdu, və plebey kütləsi üçün torpaq əsasən əlçatmaz idi. Torpaq çatışmazlığı plebey hərəkatının və romalı ekspansiyanın əsas səbəbləri idi. Başqa vacib məsələ plebeylərin kütləvi borclanması və sərt borc hüququ idi. XII cədvəl qanunlarına görə, icarədar uğursuz borclunu edam etdirə bilərdi, lakin çox vaxt sonuncuları kölə kimi xaricə satırdılar ya da borcu qaytarmaq üçün onu qul kimi işlədirdilər. Siyasi hakimiyət də gerçək olaraq patrisiatın əlində idi. Xalq yığıncağı, formal olaraq ali hakimiyət orqanı idi,əslində isə olduqca məhdud imkanlara malik idi. Bundan başqa, komiçiyaların bir növündə (senturial)vətəndaşların varlı kəsimi mütləq əksəriyətdə idi, ikinci növü isə (kurial)ancaq patrisilərdən ibarət idi. Real hakimiyət patrisial senatın və maqistratın əlində idi. İdarəçiliyin başında iki konsul dururdu, hansı ki senturial komiçiyalar tərəfindən seçilirdi, və məhzinə görə, çar imperialına malik idilər. Konsullardan başqa, ancaq onların köməkçiləri-kvestorlar-dəqiq müəyyən olunublar; əvvəllərdə onlar konsulların məhkəmə işlərində köməkçiləri idilər, sonra isə dövlət xəzinəsinin qorunması ilə məşğul olurdular. Məhz bu vəziyət plebsin əsas tələblərini müəyyən edirdi. Birincisi, bu auxilium idi, yəni patrisiat hakimiyətin özbaşınalığından elementar hüquqi müdafiə, və patrisiatın cəza hakimiyətini məhdud edən öz maqistratların və hüququnun olması. İkinicisi, neçə ki plebs xalq yığıncaqlarında çoxluq təşkil edirdi, o sonuncunun real hüquqlarının genişləndirilməsini və komiçiyalarda səsvermənin prinsiplərinin daha demokratik olmasını tələb edirdi. Nəhayət, plebs öz nümayəndələrinin ali vəzifələrdə və senatda təmsil olunmasını istəyirdi. Bundan başqa vacib məsələ kimi plebeylərin romalı vətəndaşlıqa nail olmaq qaldırılırdı: tam (kvirit adlandırılan) nigaha girmək, aktiv və passiv seçki hüququ.
Mübarizədə qüvvələrin nisbəti qəliz idi. Plebs ancaq xalq kütələlərini deyil, varlı,bəzən isə,qeyri-romalı elitatadan çıxmış və yaxud yoxsullaşmış patrisilərdən olan adlı-sanlı adamları birləşdirirdi. Bu elita patrisiləri sıxışdırmağa və siyasətdə onlarla eyni hüquqlar almağa çalışırdı. Məhz bunların içindən ən çox plebsin liderləri çıxırdı. Sıravi üzvləri isə daha çox torpaq, borc və xalq yığıncaqının haqlarının genişlənməsi məsələləri maraqlandırırdı. Patrisilər də həmişə həmrəy olmurdu. Adlı-sanlı nəsillər arasında mübarizə ona gətirirdi ki, bəziləri plebeylərlə yaxınlaşırdılar, bəziləri isə əksinə, ciddi olaraq zümrə imtiyazlarını müdafiə edirdilər.Senatın daxilində taktiki ziddiyətlər də az deyildi.
Zümrə mübarizəsinin ilk qığılcımı Tit Liviya ,e.ə 494 ilə aiddir. Borc şərtlərinin dözülməzliyinə və kreditorların özbaşınalığına cavab olaraq plebeylər Romadan Aventin təpəsinə uzaqlaşdılar. Etrusklar və latinlərin hərbi təhdidi qarşısında patrisilər güzəştə getdi. Plebs öz sıralarından olan xüsusi maqistratın təsis edilməsinə nail oldu, plebsin dövlət qarşısında nümayəndəsi rolunu oynayan - xalq tribunu. Əvvəlcə tribunlar ayrı-ayrı plebeyləri maqistratların özbaşınalığından müdafiə edirdi(ius auxilii). Tədricən bu haqlardan çox böyük hakimiyət yaranırdı.E.ə 449 ildən tribunun şəxsiyəti toxunulmaz, evi isə sığınacaq hüququna malik idi. Tribun maqistratın və senatın qərarlarına veto qoya bilərdi(intersessiya huququ). Tədricən o san ki, zümrələr arasındaki anlaşmanın qoruyucusu olurdu və bu keyfiyyətdə onları pozanlara qarşı tədbir görə bilərdi(həbs, cərimə və s.) Tribunların hakimiyəti şəhər hüdudlarından kənara çıxmırdı. Əvvəllərdə tribunların sayı 2-5 idi, sonralar onların sayı 10 çatdırıldı. Vəzifə, əsasən patrisiatla mübarizəyə başçılıq edən plebsin rəhbərləri üçün əlçatan oldu. E.ə V əsrin 80-50 ci illəri, aqrar məsələ ətrafında ən kəskin mübarizə illəri idi. Bu illər Roma ekvlər, volsklər və başqa qonşu tayfalarla ağır müharibərlə aparırdı. Plebsin və tribunların ənənəvi taktiki qoşuna yığımdan imtina etməkdən ibarət idi. Aqrar məsələni həll etmək mümkün olmurdu, və ancaq e.ə 456- ci ildə tribun İçilinin qanununa görə Aventindəki torpağı bölüşdürmək mümkün oldu. E.ə 451-450-ci illərdə plebsin təzyiqi ilə hüququn ilk kodifikasiyası baş verir. Qanunların "10 ər"dən ibarət (desemvirdən)ibarət komissiya yaradılır. Komissiya demək olar ki tamamilə patrisilərdən ibarət idi. Qanunlar məhkəmə icralarını, borc hüququnu, ailədaxili münasibətləri, mülkiyyət hüququnu, və alış-veriş əməliyatlarını tənzimləyirdi. Onlar həmçin müxtəlif cinayətlərə görə cəza təyin edirdilər(cadu, qətl, oğruluq, üzv xəsarətləri, dövlətə xəyanəti). Qanunların yazılması nəsli cəmiyətdən sinfi cəmiyətə və Roma polisinin qurulmasında vacib ünsür idi. Keçid dövrünə xas müxtəlif prinsiplərin kombinasiyası onlar üçün də səciyəvi idi: talion və pul penisi prinsipi, vərəsəlik azadlığı və mülkiyətin nəslin içində saxlanılması meyli və sairə. Ümumiyətlə kodifikasiya plebsin uğuru idi, maqistratların özbaşınalığının yerini qanun tuturdu. Ölümə məhkum olunmuşun komisialara appelyasiyası(provokasiya hüququ). Buna baxmayaraq bəzi qanunlar plebsə qarşı idi: borc hüququ çox sərt idi, patrisilərlə plebeylər arasındaki nigahlar isə qadağan idi. E.ə 451-450-ci illər hadisələri az qaldı mürtəce çevrilişə gətirsin. Appi Klavdi başda olmaqla desimvirlər vəzifə səlahiyətlərini başa vurmaqdan imtina etdilər, plebeylərin Romadan yeni uzaqlaşması və senatdakı müxalifət onların istefasına gətirdi. E.ə 449-cu ildə konsullar Lusi Valeri və Mark Horasinin qanunlarına görə xalq tribunlarının toxunulmazlığı bərpa olundu. Provokasiya hüququ təsdiq edildi. Bu qanunlar desimvirlərin ləğv etdiyi xalq nailiyətlərini bərpa edirdi. Nəhayət, plebeylərin də işatirak etdiyi tribalara görə yığıncaqlarda, qəbul edilmiş qərarlar qanun qüvvəsinə əldə etdi. İnnən belə tribut komisiaları, kurial və senturial komisialarla birgə tam hüququlu xalq yığıncaqları növünə çevrildi. E.ə 445 il plebsin yeni qələbə isə ilə qeyd olundu. Kanuley qanununa görə patrisilərlə plebeylərin nigahına icazə verildi. Bu hüquqdan ilk növbədə plebsin yuxarıları yararlandı. Qanun yeni patrisial-plebey zadəganlığı yaranmasında ilk addım oldu. Elə o vaxt da plebeylərin konsulluğa buraxılması məsələsi ilk dəfə qalxdı.
E.ə 444 ildə Romada konsulların əvəzinə konsul səlahiyətli tribun adlandırılan, sayları 3 dən 8 qədər olanların seçilməsi praktikası tətbiq olunmağa başladı. Bu maqistratura plebeylərə əlçatan idi. Cari ildə kimin konsulların yoxsa tribunların seçilməsi məsələsini senat həll edirdi. Buna cavab olaraq e.ə 443 ildə konsulun səlahiyətində senz yaratmaq və icmanın tərkibinə nəzarət etmək səlahiyəti alındı və, ancaq patrisilərdən seçilən yeni maqistratlara-senzorlara verildi. E.ə V əsrin ikinci yarısında zümrələrin mübarizəsi bir az səngiyir. Əsas səbəb qonşulara qarşı uğurlu hucumlar və bir sıra yeni koloniyanın çıxarılması idi ki, bu aqrar məsləni qismən həll etmək imkanı verdi. E.ə 406 cı ildə Veyyi şəhərinin böyük ərazisi işğal edildi, lakin 390 ildə Roma qalların hucumuna məruz qaldı. Qalların hucumu yeni böhran yaratdı, hansı ki öz apoqeyinə e.ə 376 ildə çatanda, xalq tribunları Liçini və Seksti üç qanun lahiyəsi irəli sürdü: birincisi, bir əldə 500 yuqerdən(125 hektar) artıq torpaq saxlamaq qadağan edildi, bu içtimai torpağın daha çox balanslaşdırılmış paylanmasını təmin etməli idi; ikincisi, konsulyar hakimiyətli tribun təsisatı ləğv edilirdi, bunun əvəzində həmişə, biri plebey olmaqla, konsullar seçilməli idi. Bu qanunla patrisial-plebey aristokratiyası(nobilitet)əsaslı surətdə öz mövqelərini möhkəmləndirdi. Patrisilər şiddətli müqavimət göstərdilər, qanun ancaq e.ə 367 ildə qəbul edildi. Lakin aqrar və borc məsələləri həll edilməmiş qaldı. Roma vəziyyətdən başqa cürə çıxdı - işğal hesabına. E.ə IV əsrin 40 cı illərindən Roma hucuma keçdi və e.ə III ortalarına İtaliyanın sahibi oldu. Yeni torpaqlara 30 koloniya çıxarılmışdır və bir sıra yeni triba yaradılmışdı, bu böhranın kəskinliyini azaltdı və sosial mübahisənin yumşalması üçün əsas oldu. Litsini-Seksti qanunlarından bir az sonra plebeylər üçün başqa vəzifələr də əlçatan oldu, o cümlədən senzor, diktator və pretor.
E.ə IV əsrin ikinci yarısında xalq yığıncaqlarının qərarlarını "atalar"(senat və patrisial kurial komisialar) tərəfindən qəbulu qaydası dəyişdirildi. İndi təsdiq qərarın qəbul olunmasından sonra deyil, əvvəl verilirdi və beləliklə fiksiyaya salınırdı. Xalq yığıncağı həlledici qanunverici instansiyaya çevrildi. E.ə IV əsr yeni mühüm dəyişikliklə yadda qaldı. E.ə 326 yaxud 313 ildə Peteli-Papiri qanunu ilə təsdiq olundu ki, borclu kreditorun qarşısında ancaq mülkiyyəti ilə cavabdehdir canı ilə yox. Bu qanunla Romada borc köləliyi və vətəndaşların qull edilməsi ləğv edildi. Sonuncu qanun olaraq, plebisçitin(tribalara görə xalq qərarları)qanuni qüvvəsini təsdiq edən, Hortenzi qanunu qəbul edildi(e.ə 283).
Patrisiatla plebsin mübarizəsi mərhələsi Roma üçün - Yunanıstan üçün arxaika mərhələsi-qədər əhəmiyyətli idi. Plebeylərin qələbəsinin səbəbini, şəxsi və bununla birlikdə siyasi azadlıqları qoruya bilmiş aşağıların həmrəyliyində axtarmaq lazımdı. Romada Yunanıstanda olduğu kimi, təkində kütləvi kölələşdirmə üçün şərait olan, iqtisadiyatın dövlət sektoru yox idi.Bununla belə dövlət elitar olaraq alırdı. Siyasi hakimiyət və sosial-iqtisadi üstünlük yeni yuxarının kiçik qrupunun əlində cəmləşdi. Borc məsələsinin həlli yarımçıq idi, aqrara məsələ isə xarici istila nəticəsində həll olundu. Əsa nəticə, Romada polis respublikasının yaranması idi, zümrələrin mübarizəsi gedişində isə onun baza ünsürləri məşrulaşdı: vətəndaş statusu, xalqın formal suvereniteti və çoxşaxəli maqistratura sistemi.