Tit Livi (e.ə. 59, Padova, Roma respublikası[1] – 17[1], Padova, Roma imperiyası[1]), Titus Livius və ya ingilis dilində daha çox tanınan adı ilə Livi (Livy) – eramızdan əvvəl I əsrlə eramızın I əsrinin qovşağında yaşamış olan tarixçi və yazıçı olmuşdur. O, Roma tarixinə dair məşhur əsər olan Ab Urbe Condita (Şəhərin yaranmasından) əsərini yazmışdır. Əsər Romanın yaranmasından (ənənəvi olaraq eramızdan əvvəl 753-cü il) başlayaraq Avqustun hakimiyyətinə qədər olan Roma tarixindən bəhs edir. Livi, İtaliyanın şimalındakı Padovanın (Qədim Patavium) yerli siyasətçisi olmuşdur.
Tit Livi | |
---|---|
lat. Titus Livius | |
Doğum tarixi | e.ə. 59 |
Doğum yeri | |
Vəfat tarixi | 17[1] |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Vikianbarda əlaqəli mediafayllar |