Pod Qoritsom stadionu (mont. Стадион Под Горицом) — Monteneqronun paytaxtı Podqoritsa şəhərində yerləşən çoxfunksiyalı stadion. Ölkədəki ən böyük futbol stadionudur. Tamaşaçı tutumu 15.230 nəfərdir. Stadion Monteneqro milli futbol komandasının əsas meydançası olmaqla yanaşı, həm də "Buduçnost Podqoritsa" futbol klubunun ev stadionu sayılır. Açılışı 1945-ci ildə olmuşdur.
Pod Qoritsom stadionu | |
---|---|
Yeri | Podqoritsa, Monteneqro |
Təməli qoyulub | 1945 |
Açılış tarixi | 1945 |
Yenidən qurulma tarixi | 2004-2006 |
Sahibi | Podqoritsa |
Tamaşaçı tutumu | 15.230[1] |
Ev sahibi komanda |
Buduçnost Podqoritsa FK Monteneqro milli futbol komandası |
Meydançanın ölçüləri | 105x70 |
Ot örtüyü | Ot |
Vikianbarda əlaqəli mediafayllar |