Podiceps auritus

Qırmızıboyun maygülü (lat. Podiceps auritus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinin maygülü cinsinə aid heyvan növü.

Qırmızıboyun maygülü
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Fəsilə:
Növ:
Qırmızıboyun maygülü
Beynəlxalq elmi adı

Statusu[redaktə | mənbəni redaktə et]

Azərbaycana qışlamağa gəlir.

Xarakterik morfoloji əlamətləri[redaktə | mənbəni redaktə et]

Qışda bel tərəfi qonur-boz, qarın tərəfi, qanadlarının altı və qoltuq lələkləri, başının altı və yan hissəsi ağ, boynunun alt tərəfi boz rəngdə olur. Yayda başında kürən lələklər topası və boynunda qara “yaxalığı” olur. Boynunun arxası qaramtıl-qonur, önü və yanları, döşünün yuxarı hissəsi və bədəninin yanları kürəndir. Bədəninin üst hissəsi qaramtıl-ağ olur. Dimdiyi düz və dartılmış şəkildə, çox hissəsi qara, uc hissəsi bozumtul, dib hissəsi isə boz-çəhrayı rəngdədir. Cavanların başının və boynunun yanlarında tünd naxışlar görünür.

Cinsiyyət dimorfizmi[redaktə | mənbəni redaktə et]

Erkəkləri dişilərindən az iridir.

Coğrafi yayılması[redaktə | mənbəni redaktə et]

Avropa, Asiya və Şimali Amerikada yayılıb. Azərbaycanda Kür-Araz, Lənkəran və Samur-Dəvəçi ovalığında, Xəzər dənizinin sahil sularında məskunlaşır. Miqrasiyası öyrənilməmişdir.

Növdaxili müxtəliflik[redaktə | mənbəni redaktə et]

Monotipik növdür. Bir yarımnövü var (P.A. Auritus Linn., 1758).

Sayı[redaktə | mənbəni redaktə et]

Azərbaycanda sayı azdır. 2005-ci ilin yanvarında Xəzər dənizinin Azərbaycan hissəsində sayı 11 fərd olub. Sayına qışın şaxtalı keçməsi mənfi təsir göstərir.

Sosiologiyası[redaktə | mənbəni redaktə et]

Tək, cüt-cüt və sürü halında yaşayır.

Sutkalıq fəallığı[redaktə | mənbəni redaktə et]

Əsasən gündüzlər fəal olur. Miqrasiya dövründə axşam və gecə uçur.

Lələkdəyişməsi[redaktə | mənbəni redaktə et]

Cütləşmədən əvvəlki lələkdəyişmə yaşlılarda qışın ortalarından martın axırlarına kimi gedir. Cavan quşlarda qış görkəminə girmək üçün birinci lələkdəyişmə oktyabrın ortalarından yanvarın axırına kimi gedir.

Yemlənmə qaydası[redaktə | mənbəni redaktə et]

Yemini əsasən suya cummaqla suyun alt hissəsindən başını suya salmaqla suyun və bitkilərin üstündən yığır, bəzən isə havada tutur.

Yem xarakteri[redaktə | mənbəni redaktə et]

Zoofaqdır. Əsas yemini su cücüləri, yengəclər təşkil edir. Əlavə yem kimi balıqlardan da istifadə edir.

Yırtıcıları[redaktə | mənbəni redaktə et]

Azərbaycanda düşmənləri məlum deyil.

Biosenozda rolu[redaktə | mənbəni redaktə et]

Hidrofil bitkilərə təsir edən biotik faktorlara daxildir. Hidrofil heyvanlardan yem kimi istifadə edir. Özü isə üçüncü səviyyəli konsumentlərin rasionuna daxildir. Beləliklə, sahil ekosistemlərində maddələrin bioloji dövriyyəsi və enerji çevrilməsində iştirak edir.

İnsan üçün əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Elmi və estetik əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər[redaktə | mənbəni redaktə et]

Qızılağac Dövlət Təbiət Qoruqlarında, Şirvan, Abşeron və Ağgöl Milli Parklarında, Dövlət Təbiət yasaqlıqlarında qorunur. Muzeylərdə (kolleksiya) nümayiş etdirilir, populyar maarifçilik ədəbiyyatlarına daxil edilir. Əlavə qorunma tədbirlərinə ehtiyac yoxdur.

Növün qeydiyyat göstəriciləri[redaktə | mənbəni redaktə et]

Elmi fondlarda kolleksiyası saxlanır, muzeylərdə müqəvvası nümayiş etdirilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]