Podiceps nigricollis

Qaraboyun maygülü (lat. Podiceps nigricollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinin maygülü cinsinə aid heyvan növü.

Qaraboyun maygülü
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Fəsilə:
Növ:
Qaraboyun maygülü
Beynəlxalq elmi adı

Xarakterik morfoloji əlamətləri[redaktə | mənbəni redaktə et]

Qışda bədəninin üstü qara-qonur, altı isə ağ olur. Yayda başında kəkil olur, gözlərindən qulaqlarına doğru qızılı-kürən rəngində lələklər topası uzanır. Boynu qara, bədəninin yanları qonura çalan kürən olur. Dimdiyi iti və düzdür. Ayaqları bədəninin geri hissəsində yerləşir. Barmaqları enli üzmə pərdəsi ilə əhatə olunmuşdur.

Statusu[redaktə | mənbəni redaktə et]

Çoxsaylıdır.

Yayılması[redaktə | mənbəni redaktə et]

Avropa, Asiya, Afrika və Amerikanın Şimalında yayılıb. Azərbaycanda aran və dağ ərazilərinin su hövzələrində və Xəzər dənizinin sahil sularında yayılıb.

Növdaxili müxtəliflik[redaktə | mənbəni redaktə et]

Politipik növdür. Dünyada 3 yarımnövü vardır. Azərbaycan faunasına daxildir.

Yaşayış yeri və həyat tərzi[redaktə | mənbəni redaktə et]

Su hövzələrinin açıq su sahələri və sahildəki qamışlıqlar yaşayış yerləridir. Oturaq həyat tərzi keçirir. Koloniya halında yuvalayır. Cüt və sürü halında yaşayır. Gündüz fəal olur.

Qida spektri[redaktə | mənbəni redaktə et]

Zoofaqdır. Yemini əsasən böcəklər, nadir hallarda isə su bitkilərinin toxumları təşkil edir.

Təbii düşmənləri[redaktə | mənbəni redaktə et]

Bataqlıq belibağlısı və boz qarğa qaraboyun maygülünun yumurtalarını və balalarını yeyir.

Cinsi statusu və çoxalma[redaktə | mənbəni redaktə et]

Monoqamdır. Cütlər əmələ gətirir, cinsi oyunlar edir, yuva qurur, yumurta qoyur.

Növün fenologiyası[redaktə | mənbəni redaktə et]

Aprel ayında cütlər əmələ gətirir, cinsi oyunlar, səsləmələr edir, yuva tikir və yumurtlayır. İyunun ortalarında yumurtalardan balaların çıxışı müşahidə olunur. İyul-avqustda balaları pərvazlanır. Qış görkəminə girmək üçün lələkdəyişməsi iyunda başlayır, iyuldan intensiv gedir. Yay görkəminə girmək üçün lələkdəyişmə martda başlayır, apreldə başa çatır.

Ontogenezi[redaktə | mənbəni redaktə et]

Orta ömrün uzunluğu məlum deyil. Ömrünün 2-ci ilində cinsi yetişkənliyə çatır. Fərdi inkişafı rüşeym, bala, cavan (yuvinal) və yetkin formalardan ibarətdir. İnkişaf tipinə görə maturonatla immaturonat arasında aralıq mövqe tutur.

Reproduktivliyi[redaktə | mənbəni redaktə et]

İldə bir dəfə 2-4 yumurta verir. Adətən 1-2 balası pərvazlanır.

Xromosom göstəriciləri[redaktə | mənbəni redaktə et]

Məlum deyil.

Biosenozda rolu[redaktə | mənbəni redaktə et]

Hidrofil bitkilərə təsir edən biotik faktorlara daxildir. Hidrofil heyvanlardan yem kimi istifadə edir. Özü isə üçüncü səviyyəli konsumentlərin rasionuna daxildir. Beləliklə, sahil ekosistemlərində və enerji çevrilməsində iştirak edir.

Sayı[redaktə | mənbəni redaktə et]

Qışda Xəzərin Azerbaycan hissəsinin sahil sularında, Lənkəran, Kür-Araz və Samur-Dəvəçi ovalığına nisbətən çoxsaylı olur. 2005-ci ilin yanvarında Xəzər dənizinin sahil sularında sayı 2404 fərd olub. Bataqlıqların qurudulması, su hövzələrinin çirkləndirilməsi limit faktorlarıdır.

İnsan həyatında rolu[redaktə | mənbəni redaktə et]

Elmi və estetik əhəmiyyəti var.

Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Qızılağac Dövlət Təbiət Qoruğu|Qızılağac və Qarayazı Dövlət Təbiət Qoruqlarında, Şirvan, Abşeron və Ağgöl Milli Parklarında, Dövlət Təbiət Yasaqlıqlarında qorunur. Ramsar və Bern konvensiyalarına daxil edilmişdir. Əlavə qorunma tədbirlərinə ehtiyac yoxdur. Qızılağac və Qarayazı Dövlət Təbiət Qoruqlarında, Şirvan, Abşeron və Ağgöl Milli Parklarında, Dövlət Təbiət Yasaqlıqlarında qorunur. Muzeylərdə (kolleksiya) nümayiş etdirilir, populyar maarifçilik ədəbiyyatlarına daxil edilir. Əlavə qorunma tədbirlərinə ehtiyac yoxdur.

Növün qeydiyyat göstəriciləri[redaktə | mənbəni redaktə et]

Elmi fondlarda kolleksiyası saxlanır, muzeylərdə, dərsliklərdə, elm və ədəbiyyatlarda, plakatlarda kolleksiyası nümayiş etdirilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]