Podlesnaya Tavla (erz. Вирь Тавла) — Mordoviya Respublikasının Koçkurovski rayonunda yerləşən kənd. Kənd Podlesno-Tavlinski kənd məskunlaşmasının inzibatı mərkəzidir. Podlesnaya Tavla meşə massivinin yaxınlığında olan Tavla çayının sahilində yerləşir. Rayon mərkəzinə (Koçkurova kəndi) olan məsafə 7 km, Voevodskoe dəmiryol stansiyasına qədər ki, məsafə isə 19 km-dir.[3]
Podlesnaya Tavla | |
---|---|
erz. Вирь Тавла | |
54°05′50″ şm. e. 45°28′45″ ş. u. | |
Ölkə | Rusiya |
Region | Mordoviya |
Rayon | Koçkurovski |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 1649 |
Saat qurşağı | UTC+3 |
Əhalisi | |
Əhalisi |
|
Milli tərkibi | erzyanlar |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 431583[1] |
Toponimin əsasında türk dillərinə məxsus leksik element var: Тау/tav — «dağ» (türk.). Dmitri Vladimiroviçə görə finn-uqor dillərindən rus dilinə hərfi tərcümədə Tavla «dağlıq» mənasını verir[4]. İlk dəfə olaraq «Saransk gömrük kitabında» xatırlanır (1692). 1706-cı ilin sənədlərinə əsasən Podlesnaya Tavlada 57 həyət var idi. 1867-ci ildə Tavla kəndində "İsa Məsih" məbədi inşa edilmiş. «Penza quberniyasının yaşayış məntəqələrinin siyahısı» kitabında (1869) Podlesnaya Tavlada — 183 həyət, 3 dəyirman mövcud idi.
Podlesnaya Tavla kəndində Sovet İttifaqı Qəhrəmanı İvan Kudaşkin anadan olmuş. Kənd məktəbinin binasında memorial lövhə qoyulmuş[5]. İ.F.Karqində (alim) Tavla kəndində doğulub boya-başa çatmış[6]. Tanınmış ağac üzərində oymaçı Kalaqonon Kerez (P.V.Ryabov) Tavla kəndində dünyaya gəlmiş.
Tavla kəndi ağac üzərində oyma işləri ilə tanınır. Bu sənət sahəsi boqorod oyuncaqları ilə ümumi oxşarlığa malikdir. Ancaq özünə məsus koloritlərə məxsusdur. Oyma sənəti ustalarını işində əsas fiqur insandır. Onlar insanı müxtəlif həyatı fəaliyyətlərində təsvir edirlər. Təsvirlərdə yumor üstünlük təşkil edir. Ağac oyma məktəbinin əsası 1970-ci ildə qoyulmuş. İlk öncə İçalkov pedaqoji məktəbin məzunu Nikolay İvanoviç Mastin yerli məktəbin nəzdində ağac oyma dərnəyi yaratmış. Daha sonra bu dərnəyin əsasında təcrübi uşaq yaradıcılıq məktəbi yaradılmışdır.