Polşada islam — azsaylı dinlərdən biridir. Ərəb mənbələrində Polşa haqqında ilk qeyd 10-cu əsrdə ərəbdilli səyyah İbrahim ibn Yakub tərəfindən qeyd edilmişdir. Müsəlmanların Polşada daimi mövcudluğu 14-cü əsrdə başlamış və ilk növbədə Polşa-Litva tatarları ilə əlaqəli olmuşdur. Hazırda Polşada müsəlmanların ümumi sayı təxminən 31 000 nəfərdir.[1][2][3]
Polyakların müsəlmanlarla ilk təmasları 13-cü əsrdə, monqol-tatar istilası zamanı baş verdi və artıq 14-cü əsrdə tatarlar müasir Polşa ərazisində məskunlaşdılar. Çoxsaylı arxeoloji qazıntılar zamanı tapılan çoxlu sayda ərəb sikkələrinə əsasən ərəb tacirlərinin bu bölgə ilə sıx əlaqəsi olduğu müəyyən olundu.[4] XIV əsrdə Litva Böyük Hersoqluğunun torpaqlarında ilk tatar tayfaları məskunlaşdı. Tatarlara hərbi xidmət öhdəliyi müqabilində dinlərini saxlamağa icazə verilirdi. XV əsrdə tatar süvariləri, atıcılar və kəşfiyyatçı qoşunları bir çox döyüşlərdə iştirak etmişlər. Məşhur Qrunvald döyüşündə Cəlaləddin Xanın komandanlığı altında tatarlar iştirak edirdi.
Polşa Respublikasında müsəlman icması kiçik idi. 1933-cü ildə rəsmi məlumatlara görə Polşada 16 məscid var idi[5].